"İlham Əliyev təkcə İrəvanı qaytarmayacaq..." - Ermənistanda panika

 

Azərbaycan prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında səsləndirdiyi bəyanat Ermənistan cəmiyyətində əsl qorxu yaradıb.

Ermənistanın 1in.am saytında prezidentin çıxışına verilən adekvat reaksiya bunu göstərir.

Saytın analitiki Sərkis Artsruni qeyd edib ki, Azərbaycan Prezidentinin sözlərində, şübhəsiz ki, seçkiqabağı təşviqat komponenti var, lakin bu, erməni dövlət orqanları və ekspert düşüncəsi üçün Əliyevin bu çıxışını ayıq analiz etməməyə bəhanə olmamalıdır: "Ayıq analiz göstərir ki, Əliyevin çıxışı primitiv seçkiqabağı açıqlama və ya mənasız militanlıq deyil. Onun sözlərinin əsasında 19-20-ci əsrlərdə davamlı şəkildə Ermənistandan çıxarılan türklərin nə zamansa oraya dönəcəyi ilə bağlı güclü təbii artım və davamlılığın qeyd olunduğu və hesablandığı ilə bağlı əminlik var. Bizim hakimiyyət israrla Əliyevin özünə əminliyinin mənbəyinin, yumşaq şəkildə desək, dövlətimizin biabırçı vəziyyəti, dağıdıcı emiqrasiya olduğunu etiraf etməkdən boyun qaçırır. Ermənistandan gedən hər insan bununla türklər qarşısında özü də dərk etmədən daha bir qapı açır. Əgər belə davam etsə, Əliyev təkcə İrəvanı geri qaytarmayacaq, o həm də hamımızın evinə girəcək. İlham Əliyevin çıxışındakı aqressiv ton bizim hakimiyyətin nümayəndələrinin qulaqları üçün nə qədər xoş olmasa da, praqmatik siyasi əsasa sahibdir. Bu boşalan Ermənistanın, dövlətin gələcək perspektivinin, intitusional çöküşünün təzahürüdür".

Məqalədə həmçinin qeyd olunur ki, Ermənistan hakimiyyətinin nümayəndələrinin kəskin bəyanatları aşkar bir faktı, yəni öz siyasətlərinin fiaskosunu gizlətməyə yönəlib. Bundan başqa yazıda Ermənistanın hər gün davam edən çöküşünün, milli ideal və gündəminin olmamasının İlham Əliyevi özünü daha əmin hiss etməsinə şərait yaratdığı bildirilir. (musavat.com)


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...