İlham Əliyev onların arzusunu gözündə qoyacaq – Millət vəkili

İlham Əliyev onların arzusunu gözündə qoyacaq – Millət vəkili

Yenə də seçki ərəfəsi həm Qərbə, həm də Rusiyaya bağlı olan müəyyən siyasətçilər aktivləşə bilər. Amma həm Azərbaycan xalqı, həm prezidentin özü o insanların arzularını gözündə qoyacaq.

Sfera.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Musavat.com-a geniş müsahibəsində deyib. Millət vəkilinin sözlərinə görə, hansısa xarici dövlətin Azərbaycanın daxili siyasətinə təsir etməsinə və özlərinin hansısa bir əlaltısını burada hakimiyyətə gətirməsinə imkan verilməməlidir:

"Amma belə cəhdlərin ola bilmə ehtimalı həddindən artıq böyükdür. Ona görə ki, Azərbaycan çox strateji bir bölgədə yerləşir. Hamı istəyir ki, cənubla şimalın, şərqlə qərbin arasındakı körpü, dəhliz olan, karbohidrogen ehtiyatları ilə zəngin, eyni zamanda nəqliyyat dəhlizi olan ölkədə maraqlarını təmin etsin. Azərbaycanda söz sahibi olmadan Cənubi Qafqazda söz sahibi olmaq mümkün deyil. O baxımdan, Azərbaycanla həm əməkdaşlıq etmək istəyirlər, həm də istəyirlər ki, siyasi hakimiyyətə təsir rıçaqları olsun. Bu baxımdan, gərək xalqımız da, siyasətçilərimiz də belə bir vəziyyətə hazır olsun. O məqsədlər üçün dövriyyəyə böyük pullar da buraxıla bilər, müxtəlif terror hadisələri, təxribatlar da ola bilər. Buna görə də cəmiyyət son dərəcədə ayıq olmalıdır, yayılan dezinformasiyalara təmkinli yanaşmalıdır”.

Q.Həsənquliyev ölkəni inkişafa apara biləcək yeganə şəxsin İlham Əliyev olduğunu bildirib:

"Ağlı başında olan adam başa düşməlidir ki, hazırda İlham Əliyevdən başqa - mən bunu tam səmimiyyətlə söyləyirəm - ölkəni qansız-qadasız, sabitlik pozulmadan yeni bir mərhələyə keçirməyə qadir başqa birisi yoxdur. Yalnız o, inqilabsız islahatlar həyata keçirməyə qadirdir”.

Antikonstitusion yolla hansısa "şizofreniklərin” Azərbaycanda hakimiyyət dəyişikliyini arzuladığını istisna etməyən millət vəkili belə şəxslərin milli maraqlara zidd olduğunu xatırladıb və yeganə birləşdirici sima olan İlham Əliyevin ölkəni inkişafa apara biləcəyini qeyd edib:

"Bəzi xarıcdə sığınacaq taparaq özlərinin və ailələrinin təhlükəsizliyini təmin etmiş əxlaqsız və murdar ünsürlər cəmiyyəti parçalamaq və vətəndaş qarşıdurması yaratmaq üçün gecə-gündüz kəskin kampaniya aparırlar. Bilməmiş deyilsiniz, bəzən balaca küçüklər Aya baxıb hürürlər, görəndə ki, heç nə dəyişmir, Ay yerində durur, susurlar. Amma küçükdən də ağılsız belələri susmur. Ona görə ki, vətəndaş qarşıdurması olarsa, öz övladlarını itirmə təhlükəsi yoxdur. Azərbaycan insanını bu gün keçmişdə hansı səhvlərin, qanun pozuntularının olması düşündürmür. Cəmiyyəti iki məsələ düşündürür: 1. Ölkədə sabitliyi kim qoruyub-saxlaya bilər? 2. Ölkədə kim islahatları dərinləşdirə bilər ki, əhalinin sosial vəziyyəti yaxşılaşsın, ölkə iqtisadiyyatı güclənsin və bunun nəticəsi olaraq da Qarabağı azad edə bilək. Cəmiyyəti bunlar düşündürdüyü üçün radikal çağırışlara heç əhəmiyyət verən də olmur. Çünki cəmiyyət gələcək barədə düşünür. Bax, o dediyim məsələləri də İlham Əliyevin etməyə çox böyük imkanları var. Ona görə də islahatların dərinləşdirilməsi istiqamətində İlham Əliyevdən çox böyük gözləntilər var”.

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...