İlham Əliyev bu şəxləri təltif etdi (SƏRƏNCAM)

İlham Əliyev bu şəxləri təltif etdi (SƏRƏNCAM)
 Prezident İlham Əliyev Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sfera.az xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Xalq artisti”
Bayramov Adil Müseyib oğlu
Bayramov Rafael Əli oğlu
İbrahimova Sevinc Süleyman qızı

"Əməkdar artist”
Məmmədova Kəmalə İmdad qızı

"Əməkdar rəssam”
Abdullayev Faik Nağı oğlu
İmamverdiyev Musa İsmayıl oğlu

"Əməkdar mədəniyyət işçisi”
Cəfərova Mehparə İrza qızı
Hacıyev Sənan Zahid oğlu
Hüseynova Xəzangül Abbasqulu qızı
Muradov Bəxtiyar Yunis oğlu

"Əməkdar müəllim”
Abdullayeva Sahibə Zahid qızı
Hüseynov Valeh Məmməd oğlu
Qurbanəliyeva Sevda Firuddin qızı
Məmmədova Sara Zeynal qızı
Səfərova Aidə Kamal qızı
Yusifova Elnura Məsim qızı

"Əməkdar həkim”
Əsgərova Sevda Cəmil qızı
Rəhimov İlqar Mahmud oğlu
Sadıqova Xalidə İdris qızı

"Əməkdar memar”
Musayev Nəbi Əmirqulu oğlu

"Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Həsənov Asif Zahid oğlu

"Əməkdar jurnalist”
Nəbiyev Yaşar Nəcəf oğlu

"Əməkdar mühəndis”
Babayev Tahir Qüdrət oğlu
Qəhrəmanov Bəhruz Şərif oğlu
Mustafayev Hafiz Carı oğlu
Ramazanov Əkbər Əhməd oğlu.

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında da sərəncam imzalayıb: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Fuad Yusif oğlu

"Tərəqqi” medalı ilə
Alıyev Qurban Məhəmməd oğlu
Həsənov Asəf Nurəddin oğlu
İsmayılov Cəmşid Baba oğlu
Tağıyev Vüsal Rasim oğlu
Zeynalov Fəxrəddin Kamil oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Qocayev Şahlar İsmayıl oğlu
Mikayılova Mehriban Firuddin qızı
Səmədov Vurğun Abbas oğlu

İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə Gəncə Dövlət Universitetinin rektoru Yusif Əmiralı oğlu Yusibovu "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edib.

Dövlət başçısı həmçinin Gəncə şəhərinin sosial-mədəni həyatında fəal iştirakına görə Şərif Hacı oğlu Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü ayırıb.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...