İlham Əliyev BMT əməkdaşlarını təltif etdi - Siyahı
11:50 / 22.10.2015
1265
Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 70 illik yubileyi münasibətilə, BMT-nin Azərbaycanda müxtəlif sahələrdə layihələrinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Antonius Broek
Əfəndiyev Məzahir Cavid oğlu
Əliyev Mahir Kamal oğlu
İbrahimova Cəmilə Aydın qızı.