İlham Əliyev Baş nazirin müavinini qəbul edib

İlham Əliyev Baş nazirin müavinini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Gürcüstanın Baş nazirinin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.


Sfera.az xəbər verir ki, görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.


Dövlət başçısı Giorgi Qaxarianı Gürcüstanın daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.


Giorgi Qaxaria təbrikə görə minnətdarlığını bildirərək bundan əvvəl Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsində çalışarkən dövlət başçısı ilə keçirdiyi görüşləri məmnunluqla xatırladıb. O, iki ölkə Daxili İşlər nazirlikləri arasında uğurlu əməkdaşlıq aparıldığını deyib.


Söhbət zamanı ölkələrimizin həyata keçirdiyi birgə qlobal iqtisadi layihələrin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti qeyd edilib, Azərbaycan və Gürcüstan hüquq mühafizə orqanlarının təhlükəsizliyin təmin olunması istiqamətində birgə fəaliyyətinin bundan sonra da həyata keçiriləcəyinə əminlik ifadə olunub.


 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...