İki avtomobil toqquşdu: ölən və yaralanan var

İki avtomobil toqquşdu: ölən və yaralanan var

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yolun Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində "Mersedes” markalı minik və MAN markalı yük avtomobilləri toqquşub. Nəticədə "Mersedes”-in sürücüsü hadisə yerində ölüb, sərnişin isə yüngül xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa)

Sfera.az

DİGƏR XƏBƏRLƏR