İdmançımız Türkiyədə medal qazandı

İdmançımız Türkiyədə medal qazandı

İstanbulda Vehbi Emre və Hamit Kaplanın xatirəsinə həsr olunmuş 

34-cü beynəlxalq turnir keçirilir. Ahmet Cömert Spor Salonunda keçirilən 

turnirdə 13 ölkədən 300-ə yaxın pəhləvan mübarizə aparır.

İlk yarış günündə 59, 71, 80 və 98 kq çəkidə güləşçilər yarışıb. 

Güləşçilərimiz günü 1 bürünc medalla tamamlayıb.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata 

görə, 59 kq-da mübarizə aparan yunan-Roma güləşçimiz Kərim Cəfərov 

Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edərək bürünc medal qazanıb.

80 kq çəkidə güləşçimiz Emin Əhmədov da bürünc medal uğrunda görüşə çıxıb.

 Qazaxstandan Doszhan Kartikova uduzan güləşçimiz turniri 5-ci sırada tamamlayıb.

98 kq çəki dərəcəsində təmsilçimiz Orxan Nuriyev bürünc medal uğrunda gərgin

 keçən görüşdə Qazaxstan idmançısı Alimxan Sizdikova 5:3 hesabı ilə uduzub 

və turniri 5-ci sırada tamamlayıb.

Yanvarın 31-də 66, 75, 85 və 130 kq çəki dərəcəsində güləşçilər mübarizə aparacaq. 

Yığmamızın üzvlərindən İslambek Dadov, Rövşən Tağıyev (hər ikisi 66 kq), Sultan

 İsmayılov (85 kq) və Oyan Nəzəriani (130 kq) yarışa qatılacaq.


OXŞAR XƏBƏRLƏR