İcra nümayəndəsi “düzələcək” deyir, “Azərsu“ təkzib edir - VİDEO

İcra nümayəndəsi “düzələcək” deyir, “Azərsu“ təkzib edir - VİDEO
Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində, Yeni Yaşayış Massivi adlanan ərazidə sakinlər acınacaqlı şəraitdə yaşayırlar.

Minlərlə sakinin məskunlaşdığı qəsəbədə nə kanalizasiya sistemi, nə də rahat gediş-gəliş üçün yol var.

Qəsəbə sakinləri əlaqədar qurumlara müraciət etməkdən yorulublar, amma hələ də nəticə əldə edə bilməyiblər.

Sakinlər bildirirlər ki, yolların bərbad vəziyyətdə olması nəticəsində yağışlı günlərdə şagirdlər məktəbə gedə bilmirlər.

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətindən bildiriblər ki, artıq "Azərsu” ASC-yə müraciət ediblər, verilən məlumata görə, artıq həmin ərazi əsas layihəyə salınıb:

"Bu cür problemlər rayonun bir neçə ərazisində yaşanır. Məsələ İcra Hakimiyyətinin diqqətindədir”.

Məsələnin maraqlı tərəfi isə odur ki, icra nümayəndəsinin söylədiklərini "Azərsu” rəsmisi inkar edir. Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı YeniYaşayış Massivi ilə bağlı heç bir layihə olmadığını bildirir. Qurum rəsmisi bu ərazi  ilə bağlı hər hansı maliyyə ayrılmadığını deyir.(oxu.az)




OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...