Horadiz şəhəri deputatlığa namizəd Vüqar Bayramovu möhtəşəm qarşıladı

Horadiz şəhəri deputatlığa namizəd Vüqar Bayramovu möhtəşəm qarşıladı
 
84 saylı Füzuli şeçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Sumqayıt, Bakı,
Qaradağ, Şirvan və Sabirabaddan sonra Füzuli rayonunda ilk görüşünü Horadiz seçiciləri ilə
keçirib.
Çoşğulu qarşılamadan mütəəssir olan Vüqar Bayramov "mən də Sizin kimi çətin həyatı, o
agır illəri görmüş insanlardanam. Düşünürəm ki, eyni statusa sahib insanlar bir-birlərinin
problemlərini daha yaxşı anlamaq, onların həllinə dəstək olmaq imkanına malikdirlər” deyib: "O
dövrdə yaşadıgım çətinliklər mənə həm təhsil, həm də digər sferada daha aydın, daha çatılan
bilən hədəflərin müəyyənləşdirilməsinə imkan yaratdı.
Deputatlığa namizəd niyə məhz 84 saylı dairədən namziədliyini verməsinin səbəblərini
də açıqlayıb: "Mən də məcburi köçkünəm, özümü Sizdən ayırmıram. Düşündüm ki, Füzuli
rayonundan dəstək alıb parlamentdə təmsil olunacagım halda daha çox işlər görə bilərəm, daha
çox həmyerlimə, bütövlükdə xalqıma dəstək ola bilərəm.”
Vüqar Bayramov seçicilərlə fəaliyyət planlarını da bölüşüb: "Hər zaman çalışıram ki,
müstəqil, obyektiv mövqeyimi saxlayaraq insanlarımızın sosial, iqtisadi problərinin həllinə
yardımçı olacaq təklif mexanizmi hazırlayıb gərəkli qurumlara təqdim edim. İndiki dövr üçün
vacib və əhəmiyyətli olan yeni müstəvidə millət vəkili-seçici münasibətlərinin formalaşmasına
nail olmaqdır. 9 fevralda hər birinizi seçkiyə dəvət edirəm. Kimi daha savadlı, potensiallı, layiqli
bilirsinizsə, kimin fəaliyyət planı sizə inadırıcı və vacib görünürsə, o şəxsə də səs verin.”
Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, professor Şəfa
Əliyev Vüqar Bayramov təkcə dünyada tanınmış iqtisadçı deyil, həm də əsl vətənpərvərdir:
"Hər birimizin problemləri var, ancaq Sizin məcburi köçkünlərin çətinlikləri daha çoxdur. Bu
insanların problemlərini araşdırmaq və həll etmək üçün gərək buranın, burada yaşayanların
problemlərini öz problemi kimi görən deputatlar olsun. Vüqar Bayramova səs verəcəyiniz
təqdirdə, onun xalq üçün faydalı şəxslərdən olacagına inanıram”
Sumqayıt Dövlət Universitetinin kafedra müdiri Qalib Hüseynov isə deyib ki, Vüqar Bayramov
nəinki Füzuli rayonun problemlərini araşdırılmasına, eyni zamanda ölkədə həyata keçirilən sosial
iqtisadi islahatlara dəstək verən şəxslərdəndir.
Görüş seçiciləri maraqlandıran məsələlər ətrafında müzakirə və sual-cavabla davam edib.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...