Hollivudun keçmiş cütlüyü arasında növbəti qalmaqal: məhkəmə, yalançı şahidlər və məişət zorakılığı - VİDEO

Hollivudun keçmiş cütlüyü arasında növbəti qalmaqal: məhkəmə, yalançı şahidlər və məişət zorakılığı - VİDEO

Hollivudun məşhur aktyoru Conni Depp qalmaqala düşüb. 

REN TV-i xəbər verir ki, dünya ulduzu amerikalı həmkarı və keçmiş həyat yoldaşı Ember Herdlə yenidən problem yaşayır.  

Keçmiş həyat yoldaşı aktyoru şahidləri rüşvət yolu ilə ələ almaqda günahlandırıb. İddia olunur ki, Depp Herdlə aralarında yaşanan dava-dalaşın şahidlərinə səssiz qalmaları üçün milyonlarla pul ödəyib. 

"Karib dənizinin quldurları”nın ulduzu üçüncü ildir ki, Herdlə məhkəmədə çəkişir. Eks cütlüyün uzanan məhkəmələri artıq realiti-şouya çevrilib.  

Keçmiş həyat yoldaşı Conni məişət zorakılığında günahlandırıb, bədənində qançırları göstərib. Aktyor isə qançırın makiyaj olduğunu bildirib. 

Qeyd edək ki, 2018-ci ildə boşandıqdan sonra cütlük bir-birini məhkəməyə verib. Ember Herd, Conni Deppi məişət zorakılığında günahlandırıb. Deppin sözlərinə görə, Ember onun barmağını bir şüşə araqla kəsib, yumruqla da döyüb. Qarşı tərəf isə hər şeyi inkar edib. (oxu.az)


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...