Hitlerin dişləri Moskvada saxlanılır - Stalin Hitler və xanımının cəsədini necə ələ keçirib? - FOTO

Hitlerin dişləri Moskvada saxlanılır - Stalin Hitler və xanımının cəsədini necə ələ keçirib? - FOTO
Bu gün Avropanın "l’European Journal of Internal Medicine" jurnalı Adolf Hitlerlə bağlı maraqlı bir araşdırma ortaya qoyub.

Sfera.az bildirir ki, araşdırmada göstərilir ki, Moskvada saxlanılan kəllə və çənə sümükləri, diş və diş protezləri doğrudan da 1945-ci ildə dünyasını dəyişmiş Adolf Hitlərə məxsusdur. Hətta həmin qalıqların vəziyyəti onun 1945-ci ildə öldürüldüyünü təsdiqləyir.

Onun qalıqları Rusiya Federasiyasının Dövlət Arxivində (GARF), kəllə hissəsi isə Moskvada FSB (keçmiş KGB) gizli xidməti arxivində saxlanılır.

Araşdırmada qeyd olunur ki, 1946-cı ildən bəri Adolf Hitlerə aid olan bu qalıqları ilk dəfə tibbi ekspert və antropoloq Dr. Philippe Charlier və sənədli film çəkən Jean-Christophe Brisardın 2017-ci ilin iyul və sentyabr aylarında görə biliblər. Yəni onu görmək üçün arxivə giriş əldə edə biliblər.

Qeyd edək ki, 1945-ci il aprelin 30-da Berlin şəhərindəki sığınacaqda A.Hitler öz həyat yoldaşı Eva Braunla birlikdə özünü öldürüb. Hitlerin əmrinə uyğun olaraq onların cəsədləri yandırlmalı idi.
Onun şəxsi köməkçisi Otto Günsche cəsədin kreminasiyasına iştirak edir. Hər iki gövdəyə təxminən 200 litr benzin tökülür və yandırılır.

Çünki A.Hitler Berlini almağa hazırlaşan Sovetlərin onun və həyat yoldaşının cəsədini tapmasını istəmirmiş. Lakin 1945-ci ilin 4 may tarixində onların qalıqları sovetlərin əlinə keçir. Belə ki, 1945-ci ilin 2 may tarixində Berlin sovetlərin əlinə keçir və Stalin Hitlerin cəsədini tapmağı əmr edir. Mayın 4-də səhər saatlarında cəsədlər aşkar edilərək yarılma aparılır.

Rusiyanın gizli xidməti 1970-ci ilin aprel ayına qədər onun qalıqlarını Şərqi Almaniyada gizlədir. Bundan sonra KBG onları yox etmə tapşırığı alır. Onun qalıqlarından yalnız iki parça qalır: çənələr və kəllə hissəsi".(Sherg.az)



OXŞAR XƏBƏRLƏR