Hindistan Kəşmirin muxtariyyətini ləğv etdi - Həbslər var

Hindistan Kəşmirin muxtariyyətini ləğv etdi - Həbslər var
 
Hindistanın daxili işlər naziri Amit Şah Cammu və Kəşmirin muxtar bölgə statusunu özündə ehtiva edən 370 saylı qanunun ləğv edildiyini açıqlayıb.

Məlumatı "Haber7” yayıb.

Bildirilib ki, avqustun 5-də səhər saatlarında məsələ ilə bağlı uyğun sənəd təsdiq üçün Hindistan parlamentinə təqdim edilmişdi.

Xatırladaq ki, Cammu və Kəşmirin şimalında iki nüfuzlu şəxs avqustun 4-də gecə saatlarında Hindistan polisi tərəfindən həbs edilb. Yerli NDTV-nin məlumatına görə, onlardan biri bölgənin keçmiş başçısı Məhbub Müfti, o biri isə müxalifətin lideri, regional parlamentin keçmiş sədri, bölgənin sabiq baş naziri Ömər Abdulladır.

Ömər Abdulla Cammu və Kəşmirin Milli Konfrans Partiyasının, Məhbub Müfti isə Cammu və Kəşmirin Milli Demokratik Partiyasının sədrləridir.

Bölgənin Srinaqare və başqa rayonlarında ictimai toplantıları və ya mitinqlərin keçirilməsi qadağan olunub. Bölgənin bəzi hissəsində cib telefon əlaqələri kəsilib və internetə giriş bağlanıb.

Qeyd  edək ki, 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan dövləti Kəşmiri öz ərazisinə qatmağa çalışır. Hazırda Kəşmirin şimal-qərbi Pakistanın, qalan hissəsi isə Hindistanın (1949-cu ildən) nəzarəti altındadır. 1956-cı ildə Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi” elan edildi. Hindistanla Pakistan arasında bir neçə dəfə hərbi münaqişə baş versə də, bu problem hələ də öz həllini tapmayıb. Ötən həftə Hindistanın bölgəyə əlavə hərbi  qüvvə yeritdiyinə dair xəbər yayılmışdı/Report. 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...