\"Heydər Əliyev irsində hərb tarixi\" mövzusunda elmi konfrans keçirilib - FOTO

\

Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasında müdafiә nazirinin tәsdiq etdiyi "Azәrbaycan Respublikasının Silahlı Qüvvәlәrinin 2016-cı ildә elmi iş planı"na әsasәn mayın 4-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev irsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, konfransda Milli Məclisin deputatları, ölkәnin 50-dən çox nazirlik, komitә, ali tәhsil, o cümlədən xüsusi təyinatlı hərbi təhsil müәssisәlərinin nümayəndələri, idarә vә elmi mәrkәzlәrdәn 350-dәn artıq təmsilçi iştirak edib.

Əvvəlcə ümummilli lider Heydәr Әliyevin vә torpaqlarımızın azadlığı uğrunda şәhid olan hәmvәtәnlәrimizin әziz xatirәsi bir dәqiqәlik sükutla yad edilib. Dövlәt himni səsləndirilib.

Sonra təbrik sözü ilə çıxış edәn müdafiə naziri general-polkovnik Zakir Hәsәnov Silahlı Qüvvәlәrimizin tәmәlinin ümummilli lider Heydәr Әliyev tәrәfindәn qoyulduğunu, bu gün isә Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Әliyevin rәhbәrliyi ilә regionun әn güclü ordusu olduğunu konfrans iştirakçılarının diqqәtinә çatdırıb. Nazir hərb tarixinin aktual problemləri və onun prioritet inkişaf istiqamətləri barədə fikirlərini bildirib, konfrans iştirakçılarına işlərində müvəffəqiyyətlər arzulayıb.

"Heydər Əliyev irsində hərb tarixi" mövzusunda hazırlanmış filmin nümayişindən sonra konfrans iştirakçılarını təbrik etmək üçün söz Azәrbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik Akif Əlizadəyə verilib. Akademik ümummilli lider Heydәr Әliyevin Azərbaycan Ordusunun yaradılmasında misilsiz uğurlarından danışaraq qoşunların son nailiyyətlərinin cəmiyyətdə yaratdığı inam və ruh yüksəkliyindən söz açıb və konfransın işinə müvəffəqiyyətlər arzulayıb.

Sonra Silahlı Qüvvәlәrin Hәrbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlının və Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyevin məruzələri dinlənilib.

Məruzələrdən sonra konfrans iştirakçıları adından Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunub.

Konfransın plenar hissәsinin sonunda Silahlı Qüvvәlәrin Hәrbi Akademiyası ilə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb.

Plenar hissәdən sonra 40 nəfərdən ibarət işçi qrupu işini "Heydər Əliyev və Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri" mövzusunda məruzə və müzakirələrlə davam etdirib.

Konfransda bildirilib ki, elmi cәhәtdәn mühüm әhәmiyyәt kəsb edən bu tәdbir qarşıya qoyulan bir sıra mәsәlәlәrin hәllində böyük rol oynayıb. Burada sәslәndirilәn çıxışlar, mәruzәlәr, o cümlәdәn 40 müәllif tərəfindən konfransın tәşkilat komitәsinə daxil olmuş 25-dən artıq elmi mәqalә müvafiq jurnallarda dәrc olunacaq.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...