Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən yaxşı aeroportları arasında

Heydər Əliyev Beynəlxalq Hava Limanı dünyanın ən yaxşı aeroportları arasında
Heydər Əliyev Beynəlxalq Hava Limanı "World Airport Awards-2018" reytinqi üzrə dünyanın bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə siyahıda 65-ci yer tutub. Siyahıya 6-ci il ardıcıl olaraq Sinqapurun Çanqi Beynəlxalq Hava Limanı başçılıq edir.
 

Sfera.az-ın məlumatına görə, eyni zamanda Heydər Əliyev Beynəlxalq Hava Limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı hava limanı seçilib. 
 

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Hava Limanı hər il 5 milyona qədər sərnişinə xidmət göstərən hava limanları arasında 3-cü yerdə qərarlaşıb. Bu siyahıya London-Siti başçılıq edir. (Siyahı)Hava limanlarının ən yaxşı terminalları üzrə reytinqdə isə Heydər Əliyev Beynəlxalq Hava Limanı 10-cu yerə layiq görülüb. 
 

Qeyd edək ki, reytinq 550 hava limanında 100-dən çox milliyətə mənsub 13,73 milyon sərnişinin sorğusu üzərində hazırlanıb. Sərnişinlər hava limanlarını 39 xüsusiyət üzrə qiymətləndirib.
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...