Həyat yoldaşını yatağında başqasıyla tutdu və... - VİDEO

Həyat yoldaşını yatağında başqasıyla tutdu və... - VİDEO
Türkiyənin Anadolu bölgəsinin Afyonkarahisar ərazisində dəhşətli qətl hadisəsi baş verib.

31 yaşlı həyat yoldaşı Vural Şentürkü başqa bir qadınla öz yatağında tutan 29 yaşlı Cemile Şentürk 20 gün sonra əri tərəfindən öldürülüb.

Cemile 10 gün davam edən şiddətin ardından Antalyadakı bacısının yanına qaçıb. Antalyaya gələn Vural Şentürk həyat yoldaşını tapançayla vuraraq öldürüb, bacanağı 30 yaşlı Mustafa Şahineri isə ağır yaralayıb.

"Qızımın KREDİT götürdüyü pulla silah alaraq qızımı öldürdü"

Cemile Şentürkün atası Tacettin Demir "Kürəkənim işsiz idi. Qızıma bir müddət əvvəl 8 min 500 TL kredit götürtdürüb. Yəqin silahı da bu pulla alaraq qızımı öldürdü. Ədalət istəyirəm" deyib. Mərhumun anası Fatma Demir isə qızının ərə getdiyi gündən şiddət gördüyünü ifadə edərək "Qızımı həm aldatdı, həm də heç kimə deməməsi üçün təhdid etdi. Üstəlik, o, qızımı qaldıqları binanın 4-cü mərtəbəsindən atmaq istədiyini söyləmişdi. Ədalət istəyirik. Ağır bir cəza verilsin" bildirib.

Qeyd edək ki, hadisə dünən saat 8 radələrində qeydə alınıb. Cütlüyün 10 yaşlı bir oğlan övladları var.

BiG.AZ milli.az-a istinadən dəhşətli qətllə bağlı daha geniş videoreportajı təqdim edir:

 
 


OXŞAR XƏBƏRLƏR