Həşərat dişləməsi həyatını dəyişdi: Barmaqları və ayaqları amputasiya olundu

Həşərat dişləməsi həyatını dəyişdi: Barmaqları və ayaqları amputasiya olundu

İngiltərənin Uiltşir qraflığının Hayvort şəhər sakini həşərat dişləməsi nəticəsində təhlükəli infeksiyaya tutulub və ayaqlarını itirib.

Bu barədə "Daily Mirror” qəzeti məlumat yayıb.

68 yaşlı Syuzan Batteri bağçada işləyib.

 

Günün sonunda özündə halsızlıq hiss edib:

"Məndəki əlamətlər qripə çox oxşayırdı. Həyat yoldaşımla həkimə getdik. Allergiya olduğumu düşündülər”.

Həkimlər xəstəni müşahidə üçün xəstəxanada saxlayıblar.

Ertəsi gün əri Baterrini ziyarətə gəlib və xəstənin təcili olaraq reanimasiyaya aparılaraq süni komaya salındığını öyrənib. 

"Çox qorxurdum. Huşum tez-tez gedib-gəlirdi. Daxili orqanlarım bütünlüklə çirk edibmiş. Nəfəs almaqda çətinlik çəkirdim. Buna görə həkimlər boğazıma nəfəs almağım üçün xüsusi vasitə yerləşdirdilər”, - deyə Syuzan bildirib. 

Qadında "Streptococcus pyogenes” və ya "Clostridium perfringens” infeksiyalarının yaratdığı "Nekrotik fasçiit” olduğu aşkarlanıb. Baterri səkkiz ay xəstəxanada qalıb və 60 əməliyyat keçirib. Xəstənin həyatını xilas etmək üçün cərrahlar ayaqlarını və əl barmaqlarının falanqasını amputasiya etməli olublar.

İngilis qadına protezlər taxılıb və arıqlamaq tövsiyə edilib. 

"İndi yeni dostlar tapmışam. Biz görüşərək uğurlarımızı və arıqlamağın yollarını müzakirə edirik. Bununla belə, bağı sevməkdən imtina etmədim. Mənim təmiz havada vaxt keçirməkdən və quşların səsini dinləməkdən xoşum gəlir. Lakin indi daha diqqətliyəm və ətrafdakı səslərə daha çox diqqət yetirirəm”, - deyə Syuzan əlavə edib.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...