Hərbi prokuror: \"Dağlıq Qarabağda \"referendum\" keçirilməsi tam qanunsuzdur\"

Hərbi prokuror: \

"Dağlıq Qarabağda "referendum" keçirilməsi qanunsuzdur".

Sfera.az report-a istinadən xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev deyib.
O bildirib ki, BMT başda olmaqla, beynəlxalq təşkilatlar Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edib: "Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını kimsə inkar edə bilməz. Bu, mümkün də deyil. Dağlıq Qarabağda hansısa qurumun olmasını dünya dövlətləri, o cümlədən Ermənistan da qəbul etməyib. Bunu qəbul edə də bilməzlər. Dağlıq Qarabağda Azərbaycan qanunveriviliyinə zidd olaraq, "seçki" və yaxud "referendum" keçirilməsi qanunsuzdur".


OXŞAR XƏBƏRLƏR