AKTUAL

Hərbi hissədəki bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıldı

Hərbi hissədəki bədbəxt hadisə ilə bağlı cinayət işi başlanıldı
 

Azərbaycan Respublikası Hərbi Prokurorluğu iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində baş verən bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir ki, iyulun baş vermiş məlum hadisə ilə əlaqədar Hərbi Prokurorluğun və ərazi hərbi prokurorluğunun işçiləri hadisə yerinə gediblər: "Fakt üzrə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işi başlanılaraq hərbi prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılmış və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.Hadisə yerinə baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyən edilərək onların dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə,qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir.Hərbi Prokurorluq həlak olanların qohumlarına və doğmalarına dərin hüznlə başsağlığı verir. Cinayət işinin istintaqı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarətindədir".

Qeyd edək ki, iyulun 6-da səhər saatlarında hərbi hissələrdən birində tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Nəticədə iki hərbi qulluqçu - gizir Ağalarov Amiddin Şahmalı oğlu və kiçik çavuş Salahov Samir Çingiz oğlu həlak olub.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930