\"Hər zaman bağışlamağa hazıram” - Azər Axşam keçmiş həyat yoldaşından danışdı - VİDEO

\

Azər Axşam qəzaya düşməsini xatırlayıb, başına gələn hadisənin qorxulu anlarını danışıb. O, ATV-də yayımlanan "ATV Maqazin onlarla” verilişində qəzanın necə baş verdiyini danışıb: "İstirahətdən qayıdanda iki uşaq yolun kənarında bir-birini  itələyərək, zarafat edirdilər.  Elə bildim ki, uşaq maşının qarşısına keçdi, tez maşını döndərdim, başqa maşına çırpıldı. Zərbədən yaddaşım pozuldu. Oğlum ölümdən döndü, iki ayağı da qırıldı”.

Yaşanan bu hadisədən sonra keçmiş həyat yoldaşı ilə əlaqələrini kəsən Azər Axşam ona ismarış da göndərdi: "Kinli deyiləm, küsülü qala bilmirəm. Qarşı tərəf günahkardısa da, qapım açıqdı, hər zaman bağışlamağa hazıram".

 


OXŞAR XƏBƏRLƏR