\"Həkimlər icazə versə oynayacam\"

\

Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun apasport.az saytına müsahibə verib.
Sfera.az həmin müsahibəni təqdim edir:

- Şimali İrlandiyaya səfər öncəsi komandada vəziyyət necədi?
 
- Komandada ab-hava çox yaxşıdı. Futbolçular yüksək əhval-ruhiyyədədilər. Cari seçmə mərhələdə keçirdiyimiz 3 matçda uğurlu nəticə qazandığımızdan, psixoloji cəhətdən də vəziyyət çox yaxşıdı. Baş məşqçi komandaya inanır. Bilirik ki, azarkeşlər də bizdən yaxşı nəticə gözləyirlər. Əlimizdən gələni edəcəyik ki, sərfəli nəticə ilə dönək.

- Seçmə mərhələnin ilk 3 görüşündə 7 xal toplamısınız və hazırda 2-ci pillədə qərarlaşırsınız. Bu amil futbolçulara hər hansı bir təzyiq yaratmır?
 
- Əksinə, heç bir təzyiq yoxdu. Səfərdə oynayacağıq və rəqibdən 3 xal öndəyik. Şimali İrlandiyanı evdə də qəbul edəcəyik. Düşünürəm ki, hazırkı məqamda futbolçular üzərlərində təzyiq hiss etməməlidirlər. Rahat oynamalıyıq. Çünki 3 turdan sonra ehtiyatımızda 7 xal var. Təbii ki, daha soyuqqanlı mübarizə aparmalıyıq.

- Şimali İrlandiyanın digər rəqiblərinizdən fərqi nədədi?
 
- Əsas fərq ondadı ki, Şimali İrlandiya komanda oyununa daha çox üstünlük verir. Norveç və Çexiyanın heyətində fərdi cəhətdən yüksək səviyyədə oynamağı bacaran futbolçu çoxdu. Şimali İrlandiyada da yaxşı oyunçular var. Amma əsas üstünlükləri kollektiv futbol oynamalarıdı. Son Avropa çempionatında da bunun şahidi olmuşuq. Həmin turnirin üstündən çox vaxt da keçməyib, cəmi 2-3 ay geridə qalıb. Yenə çalışacaqlar ki, komanda şəklində yaxşı oynayıb, bizi məğlub etsinlər. Biz də çalışacağıq ki, bunun tərsi olsun.

- Belfasta qələbə iddiası ilə yollanırsınız, yoxsa heç-heçə də sizin üçün sərfəli nəticə sayılacaq?
 
- Futboldu, çox vaxt istədiyin nəticəni ala bilmirsən. Ola bilər ki, heç-heçə üçün meydana çıxırsan, amma qələbə qazanırsan. Bəzən isə qələbə arzulayanda bərabərliklə kifayətlənməli olursan. Hər bir nəticəyə hazır olmaq lazımdı. Elə oyundu ki, 3 nəticənin hamısı ola bilər. Biz çalışacağıq ki, ilk iki nəticədən biri olsun. Seçmə mərhələnin ilk 3 görüşündə göstərdik ki, yaxşı formadayıq. Üstəlik, komandada özünəinam var. Rəqib də təhlükəli komandadı. Şimali İrlandiya yığması qrup ikinciliyinə əsas namizədlərdən biridi. Onlarla 3-4 il əvvəl də qarşılaşmışdıq. Həmin vaxt hər iki matçda məğlub olmamışdıq. Yenə çalışacağıq ki, iki oyunun cəminə görə şəxsi görüşlərdə üstün olaq. Çünki bu amil sonda böyük rol oynaya bilər.

- Şimali İrlandiyanın əsasən hücum futbolu oynayacağını nəzərə alsaq, müdafiəçilərimizin üzərinə daha çox yük düşəcəyini demək olar. Müdafiə xəttinin əsasını "Qarabağ”lıların təşkil etməsini komanda üçün üstünlük saymaq olarmı?
 
- Burda "Qarabağ” yox, Azərbaycan millisi mübarizə aparacaq. Müdafiəçilərin "Qarabağ”da oynaması xüsusi vurğulanmalı bir məqam deyil. Amma eyni klubda oynamaq futbolçuların bir-birlərini daha yaxşı tanımaları deməkdi. Bu, müəyyən üstünlük sayıla bilər. Ancaq istənilən halda, komanda şəklində mübarizə aparmalıyıq.

- Baş məşqçi Robert Prosineçki sizin qarşılaşmada iştirak etməyəcəyinizi dedi. Oynamaq ehtimalı heç yoxdu?

- Çox təəssüf ki, məşqdə zədələndim. Mən hər zaman komandama kömək etmək istəmişəm. Yenə oynamağı, meydanda olmağı çox arzulayıram. Hətta iynənin köməkliyi ilə oynamağa da hazıram. Təəssüf ki, millinin həkimləri buna icazə vermirlər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...