\"Həkim iynə vurandan sonra yatdı, bir də ayılmadı...\" - Azərbaycanlı rejissorun xanımının yasıdır

\
 Xəbər verdiyimiz kimi, 2 gün öncə rejissor Nail Naiboğlunun həyat yoldaşı Gülər xanım dünyasını dəyişib.

Bu gün 3 mərasimi keçirilən mərhum xanımın ölüm səbəbi bilinmir. BiG.AZ-ın yas mərasimində iştirak edən əməkdaşı Gülər xanımın qohumlarını danışdırıb. Onlar bildirib ki, mərhumə gecə ikən özünü yaxşı hiss etməyib:

"Axşam təzyiqi qalxmışdı, təcili yardım çağırdıq, gəlib və iynə vurub getdi. Gülər səhər duranda özünü yaxşı hiss etmədiyini söylədi, yenidən yatdı və durmadı".

Bəzi qohumları Gülər xanımın ürəyində problem olduğunu söyləsə də, rejissor N.Naiboğlu xanımının qəfil vəfatı ilə əlaqədar bunları deyib:

"Axşam yatıb səhər durmadı. Heç bir xəstəliyi yox idi. Meyiti ekspertizaya göndərəcəyik".

Qızının doğum günündə dünyasını dəyişən Gülər xanım və Nail Naiboğlu qızının 13 yaşını qeyd etmək üçün məkan da danışıblarmış. Sevincləri gözlərində qalan Nail Naiboğlu və övladlarının göz yaşları görənlərin ürəklərini dağladı.

 
















OXŞAR XƏBƏRLƏR