“Heç kim arxayın olmasın...” – Ekspert distant təhsil qərarının anonsunu verdi

“Heç kim arxayın olmasın...” – Ekspert distant təhsil qərarının anonsunu verdi
"Ənənəvi təhsilə start verilməsi bunun heç də bütün il boyu davam edəcəyi anlamına gəlmir. Kimsə arxayın olmasın”.

Bunu Sfera.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
 
Müsahibimiz bildirib ki, hər şey vaksinasiyadan, təhsil müəssisələrində sanitar-gigiyenik qaydalara və digər təhlükəsizlik normalarına necə riayət olunmasından asılı olacaq:

"Yoluxmanın səviyyəsinə müvafiq olaraq lokal yanaşma tətbiq oluna bilər. Ayrı-ayrı siniflərin distant təhsilə cəlb olunması, ayrı-ayrı məktəblərin müvəqqəti qapanması da istisna olunmur. Bu kimi halların qarşısının alınması üçün, orta ümumtəhsil məktəblərində müəyyən məhdudiyyətlər, ali məktəblərdə müəyyən limit tətbiq edilməsi nəzərdə tutulur. Yəqin ki, yaxın vaxtlarda ictimailəşəcək "qaydalar”da bütün bu məqamlar öz əksini tapacaq”.
 
Ekspertin fikrincə, əyani təhsilə keçsək belə, distant təhsilə diqqəti azaltmamalıyıq:
 
"Teledərslərin bundan sonra da davam etdiriləcəyi birmənalıdır. Hansısa fövqaladə zərurət yaranarsa, "Virtual məktəb" platformasının imkanlarına da istinad edilə bilər. Göründüyü kimi, hər şey yoluxmanın növbəti eniş və yüksəliş tendensiyasından asılı olacaq. Bunun üçün hər hansı bir proqramın qəbul edilməsinə və ya müvafiq islahatın həyata keçirilməsinə ehtiyac görmürəm. Sadəcə olaraq, proseslərin gedişatını nəzarətdə saxlamaq, yeni çağırışlara hazır olmalıyıq”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...