Havalar nə vaxtdan düzələcək?

Havalar nə vaxtdan düzələcək?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir sulu qar, qar yağıb.

Son 4 gün ərzində (10, 11, 12, 13 fevral) ölkə ərazisindən soyuq atmosfer cəbhələrinin keçməsi nəticəsində havanın temperaturu fevral ayının iqlim normasından 2.7-3 dərəcə aşağı olub. Bununla yanaşı, respublikanın əksər rayonlarında, o cümlədən, Abşeron yarımadasının bəzi ərazilərində müxtəlif intensivliklə arabir qar yağıb.

Böyük Qafqazda, Naxçıvan MR-da və Lənkəran-Astara zonasında intensiv qar müşahidə olunub, rayonlardan fərqli olaraq isə Abşeron yarımadası və Bakı şəhərinin bəzi ərazilərində fasilələrlə zəif qar yağması müşahidə edilsə də, qar örtüyü əmələ gəlməyib. Abşeron yarımadasında yerləşən hidrometeoroloji stansiyaların məlumatına əsasən, son 4 gün ərzində düşən yağıntının ümumi miqdarı Qumyataqda 8, Bakıda 3, Zabrat və Maştağada 1 mm təşkil edib.

Qar yağması ilə bağlı verilən proqnoz fevralın 13-də də faktiki olaraq özünü doğruldur. Havanın temperaturu gündüz 0 dərəcəyə yaxın, axşam 1 dərəcə şaxta təşkil edəcək. Hidrometeorologiya sahəsində dünya təcrübəsində qəbul olunmuş təlimatlara əsasən, ölkə ərazisi, o cümlədən, Bakı və Abşeron yarımadası üzrə son 4 gün ərzində tərtib olunan proqnozların özünü tam doğrultması müşahidə olunub.

 

Fevralın 14-ü gündüz ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əksər rayonlarda, əsasən, yağmursuz keçəcəyi gözlənilir.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...