“Haradadır Türkiyədəki yanğınlara göz yuman sivil Avropa?” - DEPUTAT

“Haradadır Türkiyədəki yanğınlara göz yuman sivil Avropa?” - DEPUTAT
 "Azərbaycan yanğınsöndürənlərinin Türkiyədəki yanğınlarla mübarizə kadrlarına baxanda ürəyimiz qürurla dolur. Mən təsəvvür edə bilmirəm ki, o çətin vəziyyətdə bizim əməkdaşlar qədər ürək yandıran, kömək etmək istəyən başqa kimsə ola bilər. Çünki bu yanğın bizim evimizdə baş verir. Evimiz yanır, qardaşımızın evi yanır. Onların hər biri ilə fəxr etməliyik!”.

Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elnur Allahverdiyev Türkiyədəki meşə yanğınlarının söndürülməsində iştirak edən azərbaycanlı yanğınsöndürənlərin işini şərh edərkən deyib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda elə bir şəxs yoxdur ki, Türkiyədəki hadisələr onu kədərləndirməsin: "Bu, 44 günlük Vətən müharibəsi günlərində olduğu kimi, bizim birliyimizi, bütövlüyümüzü nümayiş etdirir. Bu gün ölkəmizdə Türkiyəyə yardım məqsədilə onlarla, yüzlərlə hesab açılıb. Bu iş dövlət səviyyəsində deyil, hər bir vətəndaşın ürəyindən gələn istəyin, məhəbbətin göstəricisidir. Hamı çalışır ki, qardaşına hansısa yolla kömək etsin, dəstək dursun. Fikrimcə, yaşadığımız günlər, o cümlədən ötənilki Zəfər savaşı ortaq tariximizə, türk yaddaşına yazılacaq” – deyə deputat bildirib.

E.Allahverdiyev hesab edir ki, Türkiyədəki faciədən danışarkən fəlakət prizmasından dünya birliyinin, xüsusilə də Avropa dövlətlərinin davranışına diqqət yetirmək lazımdır: "Bu gün Türkiyəyə texnika ilə, canlı qüvvə ilə hansı ölkələr yardım edir? Azərbaycan, Rusiya, Ukrayna, İran... Bu siyahının genişlənib-genişlənmədiyinə dair son məlumatlara malik deyiləm. Ancaq günlərdir davam edən yanğınlara tamaşaçı olan Qərb dövlətlərindən hansı dəstəyi görmüşük? Yazılı bəyanatlardan savayı. Erməni KİV-i və teleqram-kanalları qarğışla, şadyanalıq xəbərləri ilə dolub-daşır. Bir insan hüquqları təşkilatı bu barbarlığa fikir vermir” – deyən millət vəkilinin fikrincə, baş verənlər həm Türkiyənin, həm də Azərbaycanın ilk növbədə qonşu dövlətlərlə mehriban dostluq münasibətlərinə əsaslanan xarici siyasətinin düzgün yol olduğunu göstərir.

Türkiyədəki yanğınlar insanlıq dramı və iqtisadi zərər olmaqla yanaşı, həm də bir təbiət, doğa problemidir. E.Allahverdiyevə görə, məhv olmuş meşələrin bərpası üçün illər tələb olunacaq: "Bütün bunların fonunda biz Qərbin, Avropanın doğa təşkilatlarını, təbiəti mühafizə qurumlarını, çoxsayalı "Yaşıllar” partiyalarını görmürük. İşləri-gücləri ancaq bizi tənqid etmək olan təşkilatları yanğınlarda məhv olan ağaclar və heyvanlar sanki maraqlandırmır. İnsan hüquqlarının müdafiəçiləri yanğın bölgəsindəki insan faciəsini görməzdən gəlirlər. Haradadır Türkiyədəki yanğınlara göz yuman sivil Avropa?”


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...