“Gözə gəlimliyəm, məni yaralı yerimdən vururlar” - Pərvin Abıyeva - VİDEO

“Gözə gəlimliyəm, məni yaralı yerimdən vururlar” - Pərvin Abıyeva - VİDEO
 ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.

Sfera.az xəbər verir ki, aktrisa əməliyyat keçirdiyini deyib:

"Seriallarda oynamağa çəkinirəm. Uzunmüddətli kontraktlar təhlükəlidir. Çünki hər gün setə getməli olacağam. Keçən ilin fevral ayında ayağımda əzələ yırtılması oldu, həmin yerə su yığılmışdı, çirkli maye. İnfeksiya yarandı. İncidirdi, məcbur kəsdirdim".

Pərvin Abıyeva həmçinin şou-biznesdəki qeyri-səmimi insanlardan da danışıb:

"İndiki zamanda səmimi insan tapmaq çətindir. Çoxu sənin uğurlarına sevindiyini göstərə bilər. Amma sənin adına sevinən adamların neçə nəfər olduğunu yalnız sən bilirsən. Ömür boyu tənqid edilən aktrisa olmuşam. Məni gözləri götürmür. Özümü gözəl hesab edirəm. Gözəgəlimliyəm. Ən sadə bir şey geyinsəm belə müzakirə olunuram. Təhqirlərə məruz qalıram. Bunları görməzdən gəlməyə çalışıram. Düzdür, çox vaxt alınmır, çünki hələ sırtılmamışam. Zəif yerimi göstərmişəm. Ona görə də hər dəfə məni yaralı yerimdən vurular".



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...