Gürcüstanda daha bir xəstəlik yayıldı

Gürcüstanda daha bir xəstəlik yayıldı
Gürcüstanda qızılca xəstəliyinə yoluxma halları kəskin artıb.

Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze bildirib.

O deyib ki, yanvar ayının 1-dən etibarən ölkədə qızılcaya 312 yoluxma faktı qeydə alınıb: "Ötən il 2000-2200 yoluxma halı olub. Təəssüflər olsun ki, xəstəlikdən 3 nəfər ölüb. Qızılca xəstəliyi ciddi ağırlaşmalara səbəb ola və ölümlə nəticələnə bilər”.

Mərkəz direktorunun sözlərinə görə, qızılcaya yoluxma halları ən çox Kaxeti və İmereti bölgələrində yayılıb: "Xəstəliyə yoluxma hallarının 56 faizi 20-40 yaş arası vətəndaşların, 8 faizi isə 0-1 yaş arası uşaqların payına düşür”.

A.Qamkrelidze əhalini qızılcaya qarşı peyvəndi təxirə salmamağa çağırıb: "Hazırda ölkədə kifayət qədər vaksin var və peyvənd ödənişsiz həyata keçirilir. Vaksin təhlükəsizdir və və heç bir əks təsir törətmir”. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...