Gürcü pulu rekord həddə ucuzlaşdı

Gürcü pulu rekord həddə ucuzlaşdı

Gürcüstanın milli valyutası lari rekord həddə ucuzlaşıb.

"Qafqazinfo” xəbər verir ki, ölkənin Milli Bankının məlumatına görə, 1 dolların alışı 2,8320 lari, satışı isə 2,9096 lari təşkil edir. Bununla da, lari gün ərzində 2,7 faizdən çox dəyər itkisinə məruz qalıb. 

Qeyd olunur ki, larinin kəskin ucuzlaşmasına səbəb Rusiya Prezidenti Vladimir Putinin 21 iyunda imzaladığı 8 iyuldan etibarən Rusiya aviaşirkətlərinin rusları Gürüstana daşımamağını nəzərdə tutan fərmanla bağlıdır. Bundan sonra turoperator və turagentliklərinə Gürcüstana səyahət üçün bilet satmamaq təklif edilib. 

Eləcə də, bir neçə gün öncə Gürcüstanın müxalif "Rustavi 2” kanalının aparıcısı Georgi Qabuniyanın Putinin və valideylərinin ünvanına səsləndirdiyi qeyri-etik söz və söyüşlərdən sonra Dövlət Duması bu ölkəyə qarşı iqtisadi sanksiyalar tətbiq etməyi təklif edib. Rusiya lideri məhdudlaşdırıcı tədbirlərə qarşı çıxıb.


OXŞAR XƏBƏRLƏR

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi zəvvarları saxta şirkətlərə inanmamağa çağırıb.   Bu barədə Sfera.az-a Qafqaz Müsəlmanları İdarəsi...

Azərbaycanda 10 saatlıq nadir ƏMƏLİYYAT: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - VİDEO

Bakıda 28 yaşlı ana səkkiz aylıq oğlunun həyatda qalması üçün qaraciyərinin bir hissəsini ona verib.   Sfera.az-ın məlumatına görə, orqan transplanta...

“Neftlə, qazla zəngin olan ölkələr haqqında miflər yaradılmamalıdır” - Prezident

“Neftlə, qazla zəngin olan ölkələr məhz buna görə qınaq obyektinə çevrilməməlidir. Dünyada bu məsələ ilə bağlı ayrı-seçkilik, diskriminasiya aparılmamalıd...

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...