Gülnarə Kərimovanın malikanəsini idmançılara verəcəklər

Gülnarə Kərimovanın malikanəsini idmançılara verəcəklər
 

Daşkənd vilayətinin Bostanlıq rayonunda yerləşən "Sijjak" istirahət zonasını binaları və digər əmlakları ilə birlikdə ölkə prezidentinin kürəkəni Otabek Umarovun başçılıq etdiyi Özbəkistan Triatlon Federasiyalarına verməyi planlaşdırırlar.

Bu haqda məlumatı Orta Asiya Xəbər Xidməti yayıb.

Mənbə bildirir ki, Nazirlər Kabinetinin qərarına əsasən, "Sijjak" istirahət zonasının bazasında Milli triatlon yığma komandaları üçün federasiyanın təlim-məşq bazasının yaradılması nəzərdə tutulur. Bunun üçün 1,7 milyon dollar ayrılması gözlənilir.

İstirahət zonasının ərazisində mehmanxana binaları, bir neçə hovuz, amfiteatr, kottec, su çəni və digər qurğular, habelə Daşkənd Vilayət cinayət işləri Məhkəməsinin 10 fevral 2017-ci il tarixli hökmü ilə həbs edilmiş çoxsaylı əmlak var.

Bu əmlakın də federasiyaya verilməsi planlaşdırılır. Əgər hökm ləğv olunarsa və ya dəyişdirilərsə və əmlak həbsdən azad edilərsə, Federasiya onu sahibinə qaytarmalı və ya dəyərini ödəməlidir.

Aznews.az xatırladır ki, mart ayının əvvəlində Triatlon Federasiyasına Prezidentin Təhlükəsizlik Xidməti rəhbərinin birinci müavini, dövlət başçısının kürəkəni Otabek Umarov rəhbərlik edib. O, Mirziyoyevin kiçik qızı Şahnoza Mirziyoyevanın əridir.


OXŞAR XƏBƏRLƏR