Güləşçimiz Rusiyada qızıl medal qazandı
20:50 / 28.01.2022
1332
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Rusiyanın Krasnoyarsk şəhərində ikiqat Olimpiya çempionu İvan Yarıginin xatirə turnirinin qalibi olub.
Sfera.az xəbər verir ki, turnirdə 59 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda rusiyalı Jarqalma Tsırenova üzərində əzmkar qələbə qazanıb - 5:3.
O, əvvəlki qarşılaşmalarında rusiyalı Yuliya Artışkoya "tuşe" ilə, dörddəbir finalda Monqolustan təmsilçisi Şovdur Baatarjava sonuncu xal prinsipinə əsasən (6:6), yarımfinalda daha bir rusiyalı Yuliya Alborova üzərində tam üstünlüklə (14:1) qələbə qazanıb.