Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? - İş adamlarından şikayət

Gömrük Komitəsi şirkətlərdən külli miqdarda pul tələb edir? - İş adamlarından şikayət
"İş adamları Gömrük Komitəsinin əlindən zara gəlib, amma bu qurum düzəlmir ki, düzəlmir. Artıq ölkədə hamı dilə gəlib, hamı danışır, hamı şikayət edir, amma Gömrük Komitəsinin veclərinə də deyil".
 
Sfera.az bildirir ki, bunu iqtisadçı, REAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Şirkətlər Gömrük Komitəsindən ciddi şikayətləri edir:

"Dünən iki iş adamı xanımla görüşdüm, çox enerjilidirlər, çox ideyaları var, ölkədə istehsal qurmağı düşünürlər, bizneslərini böyütmək istəyirlər, möhtəşəm insanlardır, amma ki, Gömrük Komitəsindən ciddi şikayətləri var.

Fotodakı xanımlardan biri "Ambiancemed" şirkətinin rəhbəri Elnarə Əliyevadır, xaricdə təhsil alıb, yaxşı mütəxəssisdir. İyunun 2-si Avropadan ölkəyə Bioloji Qida Əlavəsi məhsulları gətirib. Şirkətin malını 35 gün TİR-lə birlikdə maşının içərisində saxlayıblar, buna görə 9000 avro əlavə olaraq ödəməli olub. Niyə saxlayıblar?! Çünki sənədlərə görə rüsum 20000AZN-ə yaxın olduğu halda, əlavə olaraq 40000 pul istənib, sonra 30000 AZN-ə düşüblər (bazardı da elə bil), indi isə bir az daha endirim ediblər, amma xanım iş adamı prinsipial olaraq artıq ödəmək istəmir, qanun nə deyir, onu tələb edir. İş adamı məhsulu TİR-də qanunsuz saxladıqları üçün Gömrük Komitəsini məhkəməyə verib, məhkəmə ədalətli qərar verib (buna sevindim, açığı), məhsulu məhkəmə qərarı ilə öz depolarına boşaldıblar ki, TİR-ə daha əlavə ödəniş verməsinlər. Məhsul plomb altında saxlanılır, amma hələ də Gömrük Komitəsi məhsulun sənədlərini qəbul edib qanuni ödənişlə rəsmiləşdirmək istəmir. 

Belə yanaşma ilə ölkədə necə biznes mühiti olacaq?! Hansı xarici investordan söhbət gedə bilər?! Bu Komitə bu qədərmi önəmli, dəyərlidir ki, dövlət orqanları problemləri görməzdən gəlirlər?! Nə isə..."
 
Sfera.az
Gülər

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...