Gəzməyin xeyri: alimlər araşdırma aparıblar

Gəzməyin xeyri: alimlər araşdırma aparıblar
Müntəzəm gəzinti insanda ürək və qan-damar problemlərinin qarşısını alır, infarktdan, başqa ürək xəstəliklərindən ölüm riskini azaldır. Novator.az-ın məlumatına görə, bununla bağlı amerikalı alimlərin "Creative Nursing" elmi jurnalında məqaləsi dərc olunub.

Sfera.az musavat.com-a istinadən bildirir ki, məqalənin müəlliflərindən biri, ABŞ-ın Binqhemton Universitetinin müəllimi Pamela Fas bildirib ki, gəzintinin əla məşğuliyyət olduğunu hamı bilir: "İndiyəcən alimlər gəzintinin köməyilə xolesterindən, artıq çəkidən və təzyiqdən qurtulmağın mümkünlüyü haqda müxtəlif fikirlər söyləyiblər. Biz də bunun həqiqiliyini yoxlamışıq".
 
"Creative Nursing" jurnalındakı məqalənin müəllifləri olan alimlər Nyu-Yorkda yaşayan 70 gənc və yaşlı qadının həyatını müşahidə ediblər. Onların hamısı gəzintini və sağlam həyat tərzini təbliğ edən proqramlara könüllü qoşulmuş qadınlar olub. Müşahidələrdən sonra mütəxəssislər belə qənaətə gəliblər ki, gəzinti doğrudan da ürək və qan-damar problemlərindən qurtulmağa kömək edir.
 
Sağlamlıq proqramında iştirak edən həmin qadınlar üzərində aparılan analizlər göstərib ki, qadınlar nə qədər çox gəziblərsə, qanlarındakı xolesterinin miqdarı və qan təzyiqləri də bir o qədər aşağı olub. Qadınların kardioqram göstəriciləri və digər analizlərin nəticələri, o cümlədən qanda piyin miqdarı da normal olub.
 
Hazırda alimlər kişilərin və müxtəlif etnik qrupların nümayəndələrinin iştirakı ilə daha iri miqyaslı müşahidə aparmağı planlaşdırırlar. Mütəxəssislər bu üsulla gəzintinin kişilərə və ayrı-ayrı irqlərdən olan insanlara təsirini öyrənmək istəyirlər



OXŞAR XƏBƏRLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 5-də keçiriləcək “Bakı Marafonu 2024”ə qeydiyyat başa çatıb.   Sfera.az xəbər verir ki, 7-ci d...

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

Mövsümlə əlaqədar olaraq bazarlarda meyvələrin çeşidində çoxalma hiss olunur.   Bəs bu məhsulların hansılarında bahalaşma və ucuzlaşma hiss olun...

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”.    Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya aç...

Rusiyadan miqrantlarla bağlı açıqlama

Ümid edirik ki, Mərkəzi Asiya ölkələri vətəndaşlarını Rusiyaya işləmək üçün göndərəndə onlara bütün hüquqi normalara riayət etməli olduqları barədə məlumat verə...

Madonna övladlığa götürdüyü uşaqları səhnəyə çıxardı - FOTOLAR

65 yaşlı amerikalı müğənni Madonna dörd övladını səhnəyə çıxarıb. Pop Diva şəkillərini İnstaqramda paylaşıb.   Sfera.az bildirir ki, ümumilikdə Madon...

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Ermənistanın illik qaz istehlakı, təqribən, 2,7-2,8 mlrd. m3-dir. 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni, Ermənistanın təqribən 85% qaz t...