General-leytenant Rövşən Əkbərovdan XƏBƏR VAR

General-leytenant Rövşən Əkbərovdan XƏBƏR VAR
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb.

Sfera.az xəbər verir ki, məhkəmənin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilməsi nəzərdə tutulan prosesin təxirə salınmasına səbəb hakimlərdən birinin koronavirusa yoluxması olub.

Bildirilib ki, hakim Elbəy Allahverdiyevin verdiyi test pozitiv çıxıb.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən "Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onun barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR