Gəncədəki teatr binası satışa çıxarılır

Gəncədəki teatr binası satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi təşkil edəcəyi növbəti hərracın vaxtını açıqlayıb.

Komitədən Sfera.az-a verilən məlumata görə, növbəti auksion 22 avqust tarixində keçiriləcək. Yeni hərraca 20 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 64 istifadəsiz qeyri-yaşayış sahəsi və 13 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 120 əmlak çıxarılıb.

Hərracda ən yüksək qiymətə, yəni 150 min manata təklif olunan əmlak paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Gəncə şəhərində yerləşən "Xronika” kinoteatrıdır. Əmlakın özəlləşdirilən torpaq sahəsi 978.7 kv.m-dir. Belə ki, bu əmlak torpaq sahəsi ilə birlikdə 116 min 250 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Şəmkir rayonunda yerləşən və torpaq sahəsi 3269.3 kv.m. olan Şəmkir yun qəbulu məntəqəsi isə 49 min 500 manata təklif olunur.

 
Sfera.az

OXŞAR XƏBƏRLƏR