Gənc qızın ölümü ilə bağlı təfərrüat - Çantası bir yerdən, özü başqa yerdən tapılıb

Gənc qızın ölümü ilə bağlı təfərrüat - Çantası bir yerdən, özü başqa yerdən tapılıb

Yuxarı Aran kənd sakini, 2001-ci il təvəllüdlü Quliyeva Aygün Mehman qızının yaxınları onun ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürürlər. 

Xüsusilə A.Quliyevanın bacısı Gülnar bildirib ki, qızı ölənə qədər döyüblər. 

Ancaq hüquq-mühafizə orqanlarındakı mənbədən Oxu.Az-a verilən məlumata görə, A.Quliyevanın ölümü avtomobil vurma zamanı yaranan zədələrdən sonra olub. 

 

Qeyd edək ki, qız oktyabrın 7-də Beyləqan-Kəbirli yolundan huşsuz vəziyyətdə tapılıb. Onda qapalı kəllə-beyin travması, çanağın küt travması, qasıq sümüyünün sınığı, sağ bud nahiyəsinin küt travması, alın nahiyəsinin əzilmiş-sıyrılmış yarası xəsarətləri aşkar edilib. Oktyabrın 9-da A.Quliyeva vəfat edib.

Bundan əvvəl, Oxu.Az xəbər verib ki, faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət məcəlləsinin 263.2-ci maddəsi (ölümlə nəticələnən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb.

Bununla yanaşı, hadisənin yeni təfərrüatı məlum olub. İstintaq çərçivəsində məlum olub ki, A.Quliyevanı huşsuz vəziyyətdə tapıldığı yerdən 7-8 kilometr aralıda Beyləqan-Daşburun yolunda avtomobil vurub.

Qeyd edilib ki, qızı iritutumlu avtomobil vurub, ehtimallara görə, bu, "QAZel” markalı maşın olub. İstintaqın bu qənaətə gəlməsinə səbəb qızın çənə nahiyəsindəki zədə olub. Daha sonra sürücü A.Quliyevanı maşına qoyaraq, Beyləqan-Kəbirli yoluna gətirib və kolluq əraziyə atıb. 

Hadisədən bir neçə saat sonra Beyləqan-Daşburun yolundan keçən hərbçi qadın çantası aşkarlayıb. Çantada şəxsiyyət vəsiqəsi və sındırılmış mobil telefon olub. Kişi çantanı polisə təhvil verib. Əvvəlcə hüquq-mühafizə orqanları düşünüblər ki, çanta itirilib, ancaq sonradan zərərçəkmiş şəxs aşkarlandıqdan sonra hər şey məlum olub. 

Faktla bağlı hələlik saxlanılan yoxdur. Qızı vuran avtomobil də müəyyən edilməyib. Ehtimal olunur ki, A.Quliyeva naməlum şəxslə görüşə gedirmiş. 

Ölmüş şəxsin bacısı deyib ki, A.Quliyeva həmin gecə evi tərk edərkən bir neçə şəxslə görüşməli olduğunu deyib. 

Faktla bağlı araşdırmalar davam edir. 


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...