Gənc idmançı Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma: Gecəyarısı məşq zalında nə işi vardı?!

Gənc idmançı Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma: Gecəyarısı məşq zalında nə işi vardı?!
Kapoeyra üzrə Azərbaycan milli komandasının üzvü, gənc idmançı Nurlanə Əhmədova bir neçə gün öncə faciəvi şəkildə vəfat edib. Mətbuatda yayılmış məlumata görə, idmançı məşq zamanı zalda yıxılıb və aldığı zədədən ölüb. Bəzi şəxslər isə idmançının intihar etdiyini iddia edirlər.

Sfera.az xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı kapoeyra üzrə milli komandanın baş məşqçisi Elgiz Əlizadə ilə əlaqə saxlayıb. O bildirib ki, bəzi mətbuat nümayəndələri məsələni dəqiqləşdirmədən səhv məlumat yayır.

"Nurlanə Əhmədova bizim sevimli tələbəmiz idi, çox istedadlı gənc idi. Onu itirməyimizə çox təəssüflənirik. Amma hadisənin necə və hansı səbəbdən baş verdiyini bilmirik", - deyə Əlizadə vurğulayıb.

"Mətbuatda yazılır ki, hadisə məşq zamanı baş verib. Hətta Nurlanənin şəxsi məşqçisi Oxçu Şahmuradov ilə danışan zaman mənə dedi ki, idmançı iki ay idi ayağını sındırdığı üçün məşqlərə qatılmırdı. Hadisədən bir gün öncə ayağının sarğısı açılıb. Həm də zalda elə bir yer yoxdur ki, idmançı oradan yıxılsın və dünyasını dəyişsin. Ayrıca, hadisə gecə 03:00 radələrində baş verib, o saatlarda məşq olmur axı", - o, əlavə edib.

Baş məşqçinin sözlərinə görə, hadisə Əhmədovanın yaşadığı evdə baş verib: "Yaxınları deyiblər ki, o, hündürlükdən yıxılaraq dünyasını dəyişib. Bizdə isə bu barədə heç bir məlumat yoxdur. Odur ki, ölüm səbəbi haqqında dəqiq heç nə deyə bilmərəm".

Qeyd edək ki, "Storm Capoeira Klubu"nun ən güclü idmançılarından olan Nurlanə Əhmədova 2019-cu ilin yanvar ayında "İlin ən texnikalı tələbəsi" seçilib, 2018-ci ilin fevral ayında isə 16+ yaş qrupu üzrə "12-ci Respublika çempionatı"nın qalibi olub.

OXŞAR XƏBƏRLƏR

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü OLDU - YENİLƏNDİ - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşü başa çatıb. &...

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

2023-cü ilə aid olan məlumata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan qadınların 0,2 faizi siqaret çəkir.  Sfera.az Dövlət Statistika Komitəsinə ...

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

Fevralın 13-də qətlə yetirilən Bakı şəhəri 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədovanın yerinə yeni təyinat olub.   Sfera.az xəbər verir k...

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlinə işgüzar səfəri zamanı böyük coşqu ilə qarşılanıb.   Sfera.az xəbər verir ki, Preziden...

"Real Madrid"in OYUNÇUSU: "Nəticə gözləyirəm"

"Real Madrid"in və Almaniya millisinin mərkəz müdafiəçisi Antonio Rudiger qarşıdan gələn 2024-cü il Avropa Çempionatı ilə bağlı gözləntilərini bölüşüb...

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

Sosial şəbəkə fenomeni Bayram Nurlunun anası uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.   Sfera.az xəbər verir ki, məhrum Gülxanım xanım bu gün ...