Cəmİyyət

Gəmidə xəsarət almış şəxslərin son vəziyyəti: 3 nəfərin vəziyyəti kritikdir

Gəmidə xəsarət almış şəxslərin son vəziyyəti: 3 nəfərin vəziyyəti kritikdir
Xəzər dənizində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən yaralılardan 3 nəfərin vəziyyəti kritikdir.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, həmin 3 nəfərin bədəninin 40 faizdən artığı yanıb: "Digər xəstələr 1-ci və 2-dərəcəli yanıq xəsarətləri alıblar. Xəsarət alanların bəzilərinin vəziyyəti qənaətbəxşdir".

Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində "Saipem" şirkəti tərəfindən əməliyyat işləri aparan "İsrafil Hüseynov" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.

---------
07:03

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisinin borudüzmə zonasında texnolji avadanlıqların birində qəza baş verib. Daha sonra yanğın başlayıb.

Hadisə nəticəsində ümumilikdə 14 nəfər xəsarət alıb. Yaralananlardan 13 nəfər Mərkəzi Neftçilər Xəstəxanasına, bir nəfər isə özəl klinikalardan birinə aparılıb. 3 nəfərin vəziyyətinin daha ağır olduğu bildirilir. Onlardan iki nəfəri Azərbaycan, biri isə Malayziya vətəndaşıdır.

Digər yaralılar arasında Xorvatiya, Rumıniya və digər xarici ölkə vətəndaşları da var. Yaralılar Ələt qəsəbəsindəki dəniz limanı vasitəsilə sahilə, oradan isə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.

"İsrafil Hüseynov" borudüzən gəmisi hazırda "Saipem" şirkəti tərəfindən icarəyə götürülüb və qəza baş verən ərazidə sözügedən şirkətin nümayəndələri çalışırlar. Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031