Gələcəkdə insan bədəni nəyə bənzəyəcək

Gələcəkdə insan bədəni nəyə bənzəyəcək

Gələcək təkamül dəyişiklikləri haqqında təxmin etmək texniki baxımdan doğru olmasa da, gedişata baxılaraq yaxın gələcəkdə nələr olacağı haqqında bir təxmin etmək mümkündür. İnsanlar vaxt içində texnologiyadan faydalanaraq öz üzərlərində təkamülü inkişaf etdirəcəklər. Bu gerçək mənada öz özünü islah etmə mənasına gələcək, biyonik orqanlar və ya gen seçilimi yolu ilə də ola bilər. Məsələn, ana ata namizədləri doğulacaq uşaqlarının xüsusiyyətlərini doğumdan əvvəl seçə biləcələr. Əgər bu tətbiqə icazə verilsə xüsusilə gen seçilimi "körpələrin dizaynı" sahəsində bir partlama olacaq. 

İnsanlar, iki ayağı üzərində gəzməyə başlamadan əvvəl ayaq barmaqları, eyni əl barmaqları kimi qavrama qabiliyyətinə sahib idi. Dırmaşma, qavrama hərəkətləri yerinə getmə vərdişini qazandığımız andan etibarən ayaq barmaqları yavaş yavaş bugünkü ölçülərinə endi. Bu gün ən kiçik budağı belə tutmaq qabiliyyətinə sahib deyilik. Bu səbəbdən beşinci ən kiçik barmağın gedərək kiçilməsi bu prosesin bir xəbərçisidir. Bu vaxt digər barmaqlar, xüsusilə də böyüyü yalnız tarazlıq və getməyi təmin edir. Kiçik barmaq bu gün işə yaramır və bu barmağı olmadan insanlar heç bir çətinlik yaşamır. Bu gün kiçik barmaq ayaqqabıların içində sıxışıqlıq yaratmaq, yolumuzun üzərindəki obyektlərə ilişmək kimi yalnız problem yaradır. Bu səbəbdən insanların vaxt içində dörd ayaq barmağının qalacağını söyləyə bilərik. Elə heyvanlar da təkamül nəticəsində bəzi barmaqlarını itiribmişlər.

Ən yaxın zamanda gözlənilən dəyişiklik ağıl dişlərinin yox olmasıdır. Bu dişlər bu gün müasir insanlarda işə yaramır. Və bəzi etnik qruplarda bu dişlər heç çıxmır. Bunun xaricində dişlərimizin gedərək kiçiləcəyini söyləyə bilərik. İnsanlarda dişlər bu günə qədər təkamül boyunca kiçilmə meyli göstərib. Fosil qeydlərinə görə son 100 min il içində dişlərin yarı yarıya kiçildiyi və buna bağlı olaraq çənənin də kiçilmiş olduğu görülür. Bu gedişatın davam etməsi çox böyük bir ehtimaldır.

İlk insanların bədənini örtən tüklərin bu gün çoxunu itirmiş oluruq. Bu meylin vaxt içində davam edəcəyini fərz etsək bu gün sahib olduğumuz tüklərin də gələcəkdə heç çıxmayacağını söyləmək səhv olmaz. Eyni şey kişilər üçün də etibarlıdır. Ancaq kişilərdə bədənlərinin tüksüz olması istiqamətində bir sosial təzyiq olmadığı üçün, bu proses daha uzun çəkə bilər.


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...