“GELANDEWAGEN” QIRMIZI “BMW” ILƏ ÖTÜŞÜRMÜŞ? - DƏHŞƏTLI QƏZANIN SIRRI (FOTO)

“GELANDEWAGEN” QIRMIZI “BMW” ILƏ ÖTÜŞÜRMÜŞ? - DƏHŞƏTLI QƏZANIN SIRRI (FOTO)
Ötən gecə Bakının Heydər Əliyev prospektində baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "Mercedes Gelandewagen” markalı avtomobillə törədilmiş dəhşətli qəza sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub. Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, hadisənin şahidi olan istifadəçilərin yazdığına görə, qəzaya səbəb yüksək sürət və ötüşmə olub. Belə ki, 10 PP 203 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen” seriyası nömrəsi bəlli olmayan "777” nömrəli qırmızı rəngli "BMW” ilə yarışa çıxıbmış. Avtomobildəkilərin çimərlikdən istirahətdən gəldiyi və Heydər Əliyev prospektində 200-250 km/ saat sürətlə hərəkət etdiyi bildirilir. Hətta şahidlər bildirirlər ki, hadisə baş verən zaman N. Allahverdiyevin digər avtomobildə olan dostu camaatı söyərək hadisə yerindən qovubmuş. Sosial şəbəkədə sürücülərə məxsus xüsusi qrupda bir neçə şahid həmin iki avtomobilin yarışdığını, yolda onları ötüb keçdiyi qeyd ediblər. Bəs qəza hadisəsinin böyük rezonans yaratdığını nəzərə alıb Dövlət Yol Polisinin Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameralarına düşən görüntülər mətbuata açıqlana bilərmi? Bu sualla Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova müraciət etdik. Şöbə rəisi bu barədə danışmağa çətinlik çəkdiyini dedi: "İndiki qanunvericiliyə görə, hər hansı yol-nəqliyyat hadisəsi baş verirsə, o hadisəyə ağırlıq dərəcəsindən asılı olaraq, baş verdiyi məkan üzrə polis idarələrində baxılır. Buna görə sizə informasiya verməkdə çətinlik çəkirəm. Dediyiniz hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır və bütün təfərrüatı ilə məlumatları oradan almaq mümkündür. Mən ancaq onu bilirəm ki, qəza hadisəsi zamanı bir nəfər piyada Vaqif Əsədov həlak olub. Onu da ona görə yadımda saxlamışam ki, ad-familiyası mənimlə eynidir. Hazırda "ekologiya postu”undayam, tədbirdir, həmin hadisə barədə geniş məlumatım yoxdur”, - deyə şöbə rəisi bildirib. Xatırladaq ki, qəza hadisəsi ötən gün gecə saatlarında baş verib. N. Allahverdiyevin yanan avtomobildən son anda özünü ataraq xilas olduğu və əllərinin yandığı bildirilir. O, hazırda Bakıda xəstəxanaların birində müalicə alır. Xəstəxana mənbələrindən isə bu məlumatı dəqiqləşdirmək mümkün olmayıb. Qeyd edək ki, sosial şəbəkələrdə Nail Allahverdiyevin avtomobillər kolleksiyasının fotoları var. Həmin fotolara əsasən, baş nazirin müavininin nəvəsinin qara rəngli, 10 PP 203 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen”lə yanaşı, eyni modeldən ağ rəngli avtomobili də var. Hətta fotolardan birində həmin ağ rəngli "Galendewagen” arxası üstə aşmış vəziyyətdə görünür. Yəni bu, nəvənin "Gelandewagen”lə törətdiyi birinci qəza deyil.



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...