Gəl konfet verim, deyə qaçırılan uşaqlar - Maarifləndirmə işləri aparılmalıdır - VİDEO

Gəl konfet verim, deyə qaçırılan uşaqlar - Maarifləndirmə işləri aparılmalıdır - VİDEO

Bəzən valideynlər azyaşlı uşaqlarını çörək, siqaret və ya hər hansı bir şeyi almaq üçün təkbaşına uzaq məsafələrə göndərirlər. Və bəzən bunun nəticəsi heç də ürəkaçan olmur...

Sfera.az bildirir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında süjet yayımlanıb.

Sakin: "Valideynlər uşaqlarını nəzarətsiz qoymamalıdırlar, tam nəzarətdə olmalıdır. İndi cəmiyyət dəyişib".

Sakin: "Uşaqları uzaq yerə müəyyən bir yaşdan sonra göndərmək lazımdır, çünki uşaqdır. Kimsə deyər gəl bura sənə konfet verim, onda artıq bilməsi lazımdır ki, hamıdan heç nə götürmək lazım deyil".

Bəli, övladını hər cür təhlükədən qorumaq, ilk növbədə, valideynin borcudur. Ancaq buna görə onları günahlandırmaq da doğru deyil.

Əhməd Qəşəmoğlu - Sosioloq: "Valideyni qınamaq çətindir, çünki uzun illər boyunca bu adət-ənənə olub, 5-6 yaşında uşağı çörək almağa göndərirlər. Bu adam gözün açıb görüb ki, bu olar, amma cəmiyyətin belə sürətlə dəyişməsini, aşınmaların olmasını nəzərə ala bilmir. Valideyn əsas məsələni cəmiyyətin qanunauyğunluğunda axtarmalıdır".

7 gün 24 saat uşağı nəzarət altinda saxlamaq da mümkun deyil. Buna görə də onları qarşılaşa biləcək hadisələr barədə maarifləndirmək daha doğru olar.

Gülər Məmmədova - Psixoloq: "Məktəbəqədər dövrdən etibarən öz övladlarında özünümüdafiə mexanizmlərini aşılamalıdırlar. Azyaşlılara, ibtidai sinif şagirdlərinə də müəllimlər aşılamalıdırlar ki, uzaq məsafələrə getmək, yad insanlardan nəsə almaq, onların dəvəti ilə harasa getmək olmaz".

Bu məsələlər təkcə valideynləri yox həmdə aiddiyyəti qurumları narahat edir.

Pərviz Əliyev - AQUPDK-nin Uşaq Problemləri şöbəsinin baş məsləhətçisi: "Bu məsələdə uşaqların maarifləndirməsi işləri daha ciddi aparılmalıdır, yəni uşaq bilməlidir ki, onu harada təhlükə gözləyir. Maarifləndirmə tədbirləri valideynlər arasında da aparılır, sosial çarxlarımız olubdur, uşaqların təhlükəsizliyi məsələsi ilə bağlı ictimai nəqliyyatda da posterlərimiz nümayiş olunub".

Ekspertlər düşünür ki, bu məsələdə həm də bağça və məktəbdə müəllimlər kompleks şəkildə maarifləndirmə işləri aparmalıdır. (milli.az)



OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...