Gecə saat 2-də intihar edən Mövlud haqda ŞOK TƏFƏRRÜAT: \"Gödəkçəsini çıxarıb...\"

Gecə saat 2-də intihar edən Mövlud haqda ŞOK TƏFƏRRÜAT: \
Bu gün saytları açan hər kəs Mövludun intihar xəbəri ilə sarsıldı. 28 yaşını hələ tamam etməmiş bu yazarın həyatına son qoyması insanları kədərə boğdu. Bəs Mövlud Mövlud (Abdullayev) niyə intihar edib?

Sfera.az xəbər verir ki, dostları lent.az-ın əməkdaşı ilə söhbətində Mövludun son vaxtlar depressiyada olduğunu deyiblər. Onlar son günlərdə Mövludla görüşmək üçün can atsalar da, gənc yazar hər dəfə görüşməkdən imtina edirmiş. Həyat yoldaşı ilə münasibətinin pozulması, Binəqədi rayonundakı bina yanğınında aldığı ağır psixoloji travma onu depressiyaya salıbmış. Bu azmış kimi, yanğında zərərçəkmiş kimi Mövludun və ailəsinin almalı olduğu maddi kompensasiyanın bəzi şəxslər tərəfindən ələ keçirilməsi onda ciddi gərginlik yaradıbmış.

İş yoldaşları bildiriblər ki, Mövlud Mövlud dünən də həmişəki kimi ofisdə deyib-gülüb, dostları ilə zarafatlaşıb. Axşam isə kirayə yaşadığı evə gəlib. Gecə saat 01:30 radələrində isə evin yaxınlığında, iş yerinin yerləşdiyi çoxmərtəbəli binaya daxil olan Mövlud sonuncu - 17-ci mərtəbəyə qalxıb və gödəkçəsini çıxararaq, özünü oradan atıb. Qeyd edək ki, Mövlud Mövlud teleqraf.com saytının əməkdaşı olub. Mühafizəçilər onun nəşi aparıldıqdan sonra cibindən düşmüş 55 qəpiyi, alışqanı və açarı götürüb, gözətçi budkasına təhvil veriblər.

Maraqlıdır ki, Mövludun kirayə yaşadığı mənzilin qapısına kağızdan hazırlanmış ürək fiquru yapışdırılmışdı.

OXŞAR XƏBƏRLƏR