Fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanğın baş vermiş əraziyə gəlib
10:50 / 26.03.2019
5727
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhərinin Nizami rayonunda yanğın baş vermiş əraziyə gəlib.
ONA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, FHN-in digər rəhbər şəxsləri və Çevik Polis Alayının komandiri Səhlab Bağırov da ərazidədir.
Ticarət mərkəzində yanğının qarşısının alınması üçün tədbirlər davam etdirilir.