Fuad Poladovla vida mərasimi niyə teatrda keçirilmir? - AÇIQLAMA

Fuad Poladovla vida mərasimi niyə teatrda keçirilmir? - AÇIQLAMA
"Biz də, mədəniyyət naziri də, nazir müavini də saat 7-dən ayaqdayıq”.

Sfera.az bildirir ki, bu fikirləri Yenicag.az-a açıqlamasında bu gecə dünyasını dəyişən xalq artisti Fuad Poladov üçün rəsmi vida mərasimi keçirilməməsinə aydınlıq gətirən Rus Dram Teatrının direktor müavini İlham Məmmədov deyib:

Onun sözlərinə görə, mərhum aktyor cənazəsinin evindən götürülməsini özü vəsiyyət edib:

"Rəhmətlik özü evindən götürülməsini istəmişdi. Onun vəziyyətini Mədəniyyət Nazirliyi də, Prezident Administrasiyasında da bilirdilər. Ancaq yenə deyirəm, rəhmətlik özü istəmişdi ki, evindən götürülsün və "Qurd qapısı”nda dəfn edilsin.

Teatrıın kollektivi olaraq, biz də, mədəniyyət naziri də, nazir müavini də saat 7-dən ayaqdayıq. Dəfn saat 2-də olacaq. Bütün aktyorlar, hamımız mərasimə getməyə hazırlaşırıq. Nə lazımdırsa, edəcəyik”.

Azərbaycan Milli Dram Teatrının direktoru Azərpaşa Nemətov isə sualımızı cavabsız qoyub: "Ölüb, Allah rəhmət eləsin! Mən xəstəyəm, yatıram”.

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...