“Fransa Senatı erməni lobbisinin əlində oyuncağa çevrilib” - Hulusi Kılıç

“Fransa Senatı erməni lobbisinin əlində oyuncağa çevrilib” - Hulusi Kılıç
Erməni lobbisi müəyyən təsir vasitələri ilə Fransa parlamentini uşaq bağçası səviyyəsinə endirib. Noyabrın 25-də Fransa Senatında baş tutacaq müzakirələr bu qurumu növbəti dəfə rəzil duruma düşürəcək. Bunlar ya dərk etmirlər, ya da dərk etsələr də müəyyən səbəblərə görə mövcud reallıqla barışmaq istəmirlər. Azərbaycan Ordusu yeniləməz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələri həyata keçiriblər. Fransa tərəfi unutmasın ki, BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədlərin qəbulu üçün özü də səs verib.
 
Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç müsahibəsində bildirib.

Fransa Senatının erməni lobbisinin əlində oyuncağa çevrildiyini xatırladan səfir deyib ki, parlament özünü elə aparır, sanki baş verənlərdən tamamilə xəbərsizdir. Məlum münaqişənin nizamlanması ilə bağlı Ermənistanın baş naziri təslimçilik sənədinə özü imza atıb. Azərbaycan bütün dünya tərəfindən qəbul olunan ərazi bütövlüyünü bərpa edir. Fransa Senatında təmsil olunanlar yaxşı bilirlər ki, bu istiqamətdə Türkiyə ilə Rusiya arasında da memorandum imzalanıb.

Minsk qrupuna həmsədr ölkələrin Ermənistan-Azərbaycan münaqişəsində bitərəf olmasını beynəlxalq hüququn tələbləri kimi dəyərləndirən səfir Hulusi Kılıç Azərbaycanı hazırkı mövqeyindən geri çəkməyə heç bir qüvvənin olmadığını vurğulayaraq deyib: "Vaxtilə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin ayrı-ayrı strukturlarının bundan sonra buna zidd olaraq qəbul edəcəkləri qanun və ya qərar ancaq qərəzli kağız parçası olacaq. Ötən otuz ilə yaxın zaman kəsiyində bütün dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələri barədə kifayət qədər məlumat əldə ediblər. İndi nə dəyişdi ki, birdən –birə Azərbaycana qarşı düşmənçilik açıq frazaya keçdi? Deməli, bunlar təsdiq edirlər ki, Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədikləri üçün aqressivləşiblər”.

Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyən səfir deyib ki, sülhsevər, ədalət axtaran, haqq və hüquqdan danışan dünya ictimaiyyəti real vəziyyətlə bağlı ədalətli çağırış etməlidir. Beynəlxalq hüquq öz sözünü deməlidir ki, gələcəkdə belə hallar təkrar olunmasın.//AzərTAc

OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...