Film kimi soyğun: Kuryeri döyüb, 300 min dolları oğurladılar

Film kimi soyğun: Kuryeri döyüb, 300 min dolları oğurladılar
Türkiyədə film kimi hadisə baş verib.
 
Sfera.az xəbər verir ki, İstanbulda bir valyuta dəyişmə məntəqəsinin pulunu banka aparan motoskletçi kuryerin qarşısını kəsən cinayətkarları onu döyüb, əlindəki 300 min dollar pulu isə aparıblar.
 
Hadisə bu gün səhər saat 11:30-da Bəyoğlunda baş verib. Kuryer sürdüyü motoskletlə qarşısına çıxan avtomobilə çırpılıb.
 
Avtomobildən düşənləri kuryeri döyərək pulu əlindən alıblar.
 
Polisin kamera görüntüləri ilə əldə etdiyi məlumata görə soyğunçular bir neçə avtomobillə kuryeri izləyib, onu tələyə salıblar.


OXŞAR XƏBƏRLƏR