FHN-in təyyarəsi tapılmış meyitə görə Türkmənistana uçdu
11:52 / 22.04.2016
816
Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi tapılmış meyitin gətirilməsi üçün Türkmənistana yola düşüb.
Sfera.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sahillərində meyit tapılıb.
Meyiti tapılmış şəxsin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün FHN-in "BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.