FHN-in 500 nəfərlik şəxsi heyəti, helikopterlər Türkiyəyə göndərilir

FHN-in 500 nəfərlik şəxsi heyəti, helikopterlər Türkiyəyə göndərilir
Bu gün Baş nazir Əli Əsədov ilə Türkiyə Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Sfera.az xəbər verir ki, telefon danışığı əsnasında Türkiyədə davam edən meşə yanğınları ilə əlaqədar bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.


OXŞAR XƏBƏRLƏR

"Mən qızımı oxuduram, yetkinlik yaşına çatmayıb" - Qaçırılan azyaşlının ATASI

Azərbaycanda daha bir qız qaçırılıb.   Sfera.az bildirir ki, bu barədə Qadın və Uşaq Sığınacağı məlumat paylaşıb. İctimai birlik qeyd edib ki, bununl...

Azərbaycanda bu xanım jurnalistə VƏZİFƏ VERİLDİ - FOTO

Laçın rayonuna köçən jurnalist Yeganə Quliyevaya vəzifə verilib.   Sfera.az xəbər verir ki, bu barədə Metbuat.az-a jurnalist özü məlumat verib. ...

"Rusiya Paşinyanın may ayında baş tutacaq səfərini gözləyir" - Overçuk

Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçuk Ermənistan hökumətinin başçısı Nikol Paşinyanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitində iştirak...

Xocavənddə partlayıcı vasitələr AŞKAR EDİLDİ

Xocavənd rayonunda partlayıcı vasitələr aşkar edilib.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupun...

Azərbaycanda general VƏFAT ETDİ

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.   ...

Çin XİN başçısı: "Ukraynadakı müharibənin daha da genişlənməsi riski var"

Ukraynadakı müharibənin daha da genişlənməsi riski var.   Sfera.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Vanq İ Qətərin “Peninsul...