Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq

Fəttah Heydərov 1-ci Fəxri xiyabanda dəfn olunacaq
 
Bu gün səhər saatlarında vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun harada dəfn olunacağı məlum olub.

Sfera.az xəbər verir ki, F.Heydərov bu gün 1-ci Fəxri Xiyabanda dəfn olunacaq. Artıq xiyaban əməkdaşları məzarın hazırlanmasına başlayıblar.

Qeyd edək ki, 82 yaşlı F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

OXŞAR XƏBƏRLƏR