Fərman hüquqi şəxslərə də şamil ediləcəkmi?- Ekspertlərdən fərqli fikirlər

Fərman hüquqi şəxslərə də şamil ediləcəkmi?- Ekspertlərdən fərqli fikirlər
"Düşünəm ki, növbədi dövrdə biznes də problemli kreditlərlə bağlı anoloji güzəştləri əldə edə bilər”

Sfera.az-a açıqlamasında bu sözləri problemli kreditlərlə bağlı verilən fərmanın yalnız fiziki şəxslərə aid edilməsi, hüquqi şəxslər, sahibkarların isə prosesdən kənarda qalmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib:

"Doğrusu, həmin fərmanın hüquqi şəxslərə də şamil ediləcəyi, bu əhatəlikdə bir fərmanın olacağı gözlənilən deyildi. Hökumətin son 3 ildəki davranışları bunu düşünməyə əsas verirdi. Amma bununla belə təcili şəkildə qısa müddətdə müzakirə olunaraq qərarın verilməsinin özü də müsbət haldır. Lakin verilən fərmanda, hüquqi şəxslərə şamil edilməməklə əlaqədar, müəyyən diskrimibasiya elementləri də vardır. 
10 min dollara qədər kreditlərə güzəşt verilməsi problemli kreditlərlə əlaqəli olan bütün şəxslərə aid edilməli idi. Yəni 10 minə qədər olan hissəyə hüquqi şəxslər də daxil olmaqla bütün növ kreditlər üzrə güzəştin verilməsi daha ədalətli mexanizmin tətbiqinə gətirib çıxara bilərdi. 
Çünki devalvasiya qərarı hökumət tərəfindən qəbul olunub. Əvəzində təkcə vətəndaş deyil, biznes də onun nəticəsində ciddi zərərə məruz qalıblar. Ona görə hüquqi şəxslər, və kiçik və orta sahibkarlığın da dövlət tərəfindən kompensasiya edilməsi ən ədalətli yanaşma olardı. Ancaq bütün hallarda əlimizdə olanla da razılaşmaq lazımdır. Çünki bir neçə həftə bundan əvvələ qədər ümumiyyətlə problemli kreditlərə hər hansı bir güzəştin verilməsi gözlənilən məsələ deyildi. 
Bu baş veribsə, ictimaiyyətin qələbəsidir.  Düşünəm ki, növbədi dövrdə biznes də problemli kreditlərlə bağlı anoloji güzəştləri əldə edə bilər. Qanunvericiliklə dövlət qüurumları və yerli özünüidarə orqanlarının qəbul etdiyi qərarlar nəticəsində biznes və vətəndaşlara hər hansı bir formada maddi, mənəvi zərər dəyirsə, birmənalı olaraq onu dövlət qarşılamalıdır”.
 
İqtisadçı alim Əli Əlirzayev isə hüquqi şəxslərin problemli kreditlərilə bağlı mühafizəkar mövqedə dayanmağın tərəfdarıdır: 
 
"Hüquqi şəxslərin əmlakları var. Zəhmət çəksin onun hesabına ödəsinlər. Bu məsələdə hüquqi şəxslərə qarşı mühafizəkar mövqe tutmalıyıq. Sadəcə həmin borclarla bağlı verilmə müddətini bir qədər uzatmaq və faizi endirmək olar”. 

Qeyd edək ki, dövlət başçısının problemli kreditlərin ləğv edilməsilə ilə bağlı dövlət başçısının verdiyi fərman yalnız fiziki şəxslərə şamil edilir. Bunun da nəticəsində 450 minə yaxın insan devalvasiya nəticəsində düşdüyü çətinliklərdən xilas olur. Ancaq hüquqi şəxslər, sahibkarlar, xüsusən də kiçik və orta biznes təbəqəsi qərarın çətiri altına düşmürlər. Halbuki onların da prosesə cəlb edilməsilə problemli kreditlərin ləğvindən yararlanan insanların sayı 700 mindən çox olacaqdı. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Su və duzla işləyən kompüter beyni yaradılıb

Hollandiyanın Utrext Universitetinin nəzəri fizikləri su və duzla işləyən süni sinaps yaratmağa müvəffəq olub və bu, beyinlə eyni mühitdən istifadə edə bilən ko...

Dünyanın ən isti səhrasının altında gizli ekosistem aşkar edildi

Alimlər dünyanın ən quraq və ən isti səhrasının altında dörd metr dərinlikdə gizli ekosistem aşkar ediblər.   Sfera.az xəbər verir ki, bu barədə "...

Qlobal yaşıl enerjiyə keçidin qiyməti açıqlandı

Qlobal yaşıl enerjiyə keçid 2030-cu illərin ortalarına qədər hər il dörd trilyon dollar tələb edəcək. Sfera.az "CNBC"yə istinadən xəbər verir ki,...

Yaponiyada bu məşhur dağı turistlərdən gizlətməyə qərar verdilər 

Yaponiyada Fujikavaquçiko şəhəri  əxlaqsız turist axını ilə mübarizə aparmaq qərarına gəlib.  Sfera.az bildirir ki, yaponlar məşhur Fuji dağının ...

Meymun sürüsü portağal daşıyan avtomobili qarət etdi - VİDEO

Tailandın bir şəhərində meymun sürüsü içərisində portağal olan avtomobilə hücum edib.    Sfera.az bildirir ki, görüntülərdə meymunların ağ pikap...

Milyarderin milyon dollarlıq evi buldozerlə söküldü - FOTO

Milyarder Barri Sternliçtin Nantuket adasındakı (Massaçusets, ABŞ) çimərlik evi buldozerlərlə sökülüb. Buna səbəb isə güclü torpaq eroziyası və əmlaka ziyan vur...