Sİyasət

Fazil Mustafa ilə bağlı prezidentə müraciət ediləcək

Fazil Mustafa ilə bağlı prezidentə müraciət ediləcək
 

"Mən bu gün Fazil Mustafanın fəaliyyəti ilə bağlı prezidentə, Milli Məclisə və Ədliyyə Nazirliyinə müraciət edəcəyəm”.

Bunu "Yeni Sabah”a açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib. O, millət vəkili F. Mustafanı Azərbaycanda təriqətlərarası münasibətləri qızışdırmaqda ittiham edib:

"Bu adamın millət vəkili kimi fəaliyyəti, xüsusilə Azərbaycanda təriqətlərarası münasibətlərin qızışdırılması, Azərbaycan xalqının şərəf və ləyaqətinin alçaldılması, Azərbaycan tarixinə dil uzatması ilə bağlı araşdırma aparılmasını tələb edəcəyəm. Fazil Mustafa hansı qüvvələrin diqtəsi ilə Azərbaycanda Konstitusiya və qanunla qadağan olunmuş fəaliyyətlə məşğuldur? 

O kimlərinsə qarşısında öhdəlik götürüb və deyir ki, ölənə qədər bu işi davam etdirəcəyəm. 

Sən millət vəkilisən, millətin dərdi-səri ilə məşğul ol. İş-gücünü atıb xalqın böyük əksəriyyətinin mənsub olduğu təriqət haqda təhqiramiz ifadələr işlədirsən. Tariximizin ən böyük şəxsiyyəti haqqında ağzına gələni danışırsan və düşünürsən ki, heç kim  buna qarşı çıxmamalıdır. O FETÖ-cülərin yazarlar dəstəsinə daxildir, bu xəttə uyğun davranır”. 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031