Expressbank aztəminatlı ailələrə öz bizneslərini qurmağa dəstək oldu

Expressbank aztəminatlı ailələrə öz bizneslərini qurmağa dəstək oldu
 

Ölkəmizin ilk kommersiya banklarından biri olan "Expressbank” daha bir sosial layihəyə imza atdı. Belə ki, bankın dəstəyi ilə Şirvan şəhər sakini Samirə Abbasova, Qaradağ və Abşeron rayon sakinləri Aygün Qaryağdı və Sübhan Nuraliyev Expressbank tərəfindən bütün lazımi avadanlıqlarla təchiz edilərək öz kiçik bizneslərini yaratdılar.

İndi Sübhan Nuraliyev avtomobil şinlərinin təmiri ilə avtomobil sahiblərinə, Aygün Qaryağdı və Samirə Abbasova isə tekstil istehsalı və qadın salonuna sahiblik etməklə xanımlarımıza xidmət edəcəklər.

Layihə Prezident İlham Əliyevin təşəbbüsü ilə həssas əhali qruplarının özünəməşğulluğunu təmin etmək məqsədi ilə təşkil edilmiş və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memoranduma əsasən reallaşdırılmışdır. Məqsəd aztəminatlı şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud biznesləriniinkişaf etdirmələrinə dəstək olmaqdır.

Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,www.expressbank.azsaytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Rabitəbank rəhbərliyi ABŞ-da işgüzar səfərdə olub

22 aprel 2024-cü il tarixindən etibarən Mərkəzi Bankın təşkilatçılığı, ABA-nın dəstəyi və “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriye...

Bakıda bu küçə 2 gün bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah saat 09:00-dan aprelin 28-i saat 22:00-a qədər Bakının Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinə qədər olan hissəd...

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü başladı

Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb. Sfera.az xəbər verir ki, b...

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başladı

Berlində Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Prezidenti Frank Valter-Ştaynmayer arasında təkbətək görüş başlayıb.   Sfera.az xəbər verir k...

Sərhəddə quraşdırılan dirəklərin yeni sayı AÇIQLANDI

şləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin təxminən 35 faizi 2024-cü il aprelin 26-dək yerinə yetirilib, 28 sərhəd dirəyi ...

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura İclası keçirildi - FOTOLAR

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. İclasda RİH başçısı yanında Şuranın üzvləri, hüquq-mühafızə orqanlarının...